Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-881/2025 07.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X11, İsayev Orxan Mahir oğlunun katibliyi Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X1, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü, psixoloq X3 ştirakları ilə, xx.xx.1990-cı il tarixdə Kürdəmir anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsibov X9 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(041)- 33/2025 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya icra məmuru H.T.Quliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(041)-33/2025 saylı icra sənədinə əsasən 2(041)-1265/2025 saylı mülki iş üzrə yekun qətnamə qanuni qüvvəsini alanadək ərizəçi Zərərçəkmiş şəxs uşaqları 18 avqust 2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X8 hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaqla ertəsi gün, yəni bazar günü saat 18:00-dək ünsiyyət hüququ müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün X12 və X13 hər həftənin şənbə günü Kürdəmir rayonunun Şilyan kəndində yerləşən iddiaçının yaşayış evindən saat 12:00-da iddiaçı Şəxs tərəfindən cavabdeh Zərərçəkmiş şəxs, ertəsi gün, yəni bazar günü eyni ünvanda saat 18:00-da isə cavabdeh Zərərçəkmiş şəxs tərəfindən iddiaçı Şəxs təhvil verilməsi müəyyən edilmişdir. İcra sənəd icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş, psixoloqun və tələbkarın iştirakı ilə görüş keçirilmiş, lakin uşaqlar anaya getməkdən imtina etmişlər. Psixoloq bu halda uşaqların anaya verilməsinin mümkün olmadığını bildirmişdir. Tələbkar müraciət edərək uşaqlara atası və nənəsi tərəfindən təzyiq olunduğunu, buna görə onunla getməkdən imtina etdiyini bilidirmişdir. Uşaqlara atası tərəfindən təzyiq göstərilməsi faktını müəyyən etmək mümkün olmadığı üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(041)-33/2025 saylı icra sənədinə əsasən uşaqların anası ilə ünsiyyətinə etirazı yoxdur və bununla bağlı uşaqlara təzyiq göstərilmir. İcra məmurunun dediyi vaxtda və yerdə uşaqların gətirilməsini təmin etmiş, psixoloq onun iştirakı olmadan uşaqlarla söhbət etmiş, lakin uşaqlar anası ilə getmədiyinə görə onların ünsiyyəti baş tutmamış və psixoloq hazırki vəziyyətdə uşaqların məcburi qaydada anasına verilməsinin mümkün olmadığını bildirmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(041)-33/2025 saylı icra vərəqəsinə əsasən uşaqları 18 avqust 2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X8 hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaqla ertəsi gün, yəni bazar günü saat 18:00-dək ünsiyyət hüququ müəyyən edilmiş, lakin borclu Şəxs tərəfindən uşaqlara təzyiq göstərilərək onunla ünsiyyətlərinə mane olmuşdur. X13 tərəfindən uşaqların döyüldüyünü, onların qorxduğu üçün onu istəmədiklərini bildirmişdir. Məhkəmə iclasında müdafiəçi X6 çıxışında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(041)-33/2025 saylı icra sənədinə əsasən 2(041)- 1265/2025 saylı mülki iş üzrə yekun qətnamə qanuni qüvvəsini alanadək ərizəçi Zərərçəkmiş şəxs uşaqları 18 avqust 2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X8 hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaqla ertəsi gün, yəni bazar günü saat 18:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. İcra sənədi üzrə borclu Şəxs uşaqların anasıyla ünsiyyətinə etiraz etmədiyini bildirdiyinə görə müvəqqəti təminat tədbirindən şikayət verməmişlər. Hal-hazırda uşaqlar analarını istəmir deyə icra sənədinin icrası baş tutmur. Şəxs uşaqların hər ikisini özü ilə gətirmiş, uşaq psixoloqu dəvət edib uşaqları dindirmək və anaları ilə ünsiyyətini məhkəmənin iştirakı ilə təmin etmək olar. Bundan əlavə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra etməməsi hallarının heç birisi olmadığı halda, onun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi əsassız və qanunsuzdur. İcra məmuru tərtib etdiyi protokolu əsaslandırarkən də, icra sənədinin uşaqların anası ilə getməməsi ilə əlaqədar icra edilmədiyini bildirdi. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X4 çıxışında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(041)-33/2025 saylı icra sənədi borclu Şəxs uşaqlara göstərdiyi təzyiq və şiddət nəticəsində icra edilmir. Belə ki, borclu uşaqların anası ilə görüşdükləri təqdirdə onlara psixi təsir göstərir və onları döyür. Uşaqların birinin fotoşəkilindən də, görünür ki, uşaqlar atasının təsirindən və qorxusundan analarına yaxın getmir. Halbuki, uşaqların anası səhətində yaranmış narahatçılıqla əlaqədar olaraq xalasının təklifi ilə Türkiyə müalicəyə getmiş, bundan istifadə edən uşaqların atası analarının başqa birisinə ərə getdiyini bildirərək, onlarda analarına qarşı nifrət yaratmışdır. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokol üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi və əlavə olaraq, uşaqların psixoloqun iştirakı ilə məhkəmə iclasında dindirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasına dəvət edilmiş, Kürdəmir rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü, psixoloq X3 və valideynlərinin ştirakı ilə uşaqla məhkəmə iclasına dəvət edildi və onlarla aparılan söhbətlərə və tövsiyyələrə baxmayaraq, analarını yanlarına buraxmadılar və hər ikisi qışqıraraq atalarından uzaqlaşmadılar. Psixoloq hazırki vəziyyətdə uşaqların məcburi qaydada anasına verilməsini mümkün hesab etmədi və bildirdi ki, uşaqlarla bundan öncə də iki dəfə görüş keçirilmiş, hər iki görüşdə uşaqlar analarına qarşı aqressiya göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(041)-33/2025 saylı icra sənədinə əsasən 2(041)-1265/2025 saylı mülki iş üzrə yekun qətnamə qanuni qüvvəsini alanadək ərizəçi Zərərçəkmiş şəxs uşaqları 18 avqust 2019-cu il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X8 hər həftənin şənbə günü saat 12:00-dan gecə qalmaqla ertəsi gün, yəni bazar günü saat 18:00-dək ünsiyyət hüququ müəyyən edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün X12 və X13 hər həftənin şənbə günü Kürdəmir rayonunun Şilyan kəndində yerləşən iddiaçının yaşayış evindən saat 12:00-da iddiaçı Şəxs tərəfindən cavabdeh Zərərçəkmiş şəxs, ertəsi gün, yəni bazar günü eyni ünvanda saat 18:00-da isə cavabdeh Zərərçəkmiş şəxs tərəfindən iddiaçı Şəxs təhvil verilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış və tələbin icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. - İcra məmurunun, tərəflərin və psixoloqun iştirakı ilə tərtib edilmiş xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli aktlarda uşaqların anasına getməməsi səbəbindən icra tədbirinin baş tutmadığı təsdiq edilmişdir. İş materiallarına eyni zamanda borclunun izahatı, şəxsi məlumatları, fotoşəkil və digər sənədlər əlavə edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, icra sənədi üzrə icra tədbirləri borclunun təqsirli hərəkətləri ilə deyil, uşaqların anaları ilə görüşmək istəməmələri səbəbindən baş tutmamış, bu hal məhkəmə iclasında da təkrar edilməklə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə iclasında isə icra sənədi üzrə borclu Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-881/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-881/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver