Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-882/2023 25.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 14.15-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qadada sürücü, Gədəbəy rayonu Arıxdam kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2022-ci il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs u barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, özü Gədəbəy rayonundandır. O, yük avtomobili Bakı şəhərindən mişar daşı gətirərək satır. xx.xx.2023cü il tarixdə idarə etdiyi avtomobillə mişar daşı yükləyərək Bakı-Qazax yolu iləı Gədəbəy rayonuna gedərkən BDYP YPX-nin Nəvahi postunda polis əməkdaşları ona saxla işarəsi ermiş, lakin qəfildən qarşında olan avtombil saxlamış, o, isə avtomobilin sağ tərəfindən keçərək öz yoluna davam etmişdir. Polis ona saxla işarəsi versıə də saxlamamışdır. Bundan sonra o, avtomobili Karrar kəndi ərazisində saxlamışdır. Bir az sonra polis əməkdaşları gələrək onu Kürdəmir rayonunda yerləşən postda gətirərərk barəsində raportla Kürdəmir RPŞ-nə müraciət edildikən sonra onu Kürdəmir RPŞ-nə gətirmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də baş inspektor vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 16.30 radələrindfə BDYPİ-nin 7-ci tağıının inspektoru Kürdəmir rayon polis şöbəsinə raportla müraciət edərək **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Qazax magistral yolunda hərəkətdə olarkən avtomobilə yükü çox vurduğu üçün Nəvahi postunda YPX-nin əməkdaşalrının saxla işarəsinə əməl etməyərək öz hərəkətinə davam etmişdir. Adını sonradan bildikləri Şəxs postda tabesizlik göztərmiş və sürücülüərin həyatına təhlükə yaratmışdır.YPXA-nın 7-ci tağımının komadiri polis mayoru X2 məluat bazasından efir vasitəsi ilə onlara məlumat verərək kömək istəmiş və süni tıxac yaradılaraq Şəxs saxlanılaraq Kürdəmir rayon polis şöbəsinə gətirilib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. İş materiallarına əlavə edilmiş 23.0.2023-cü il tarixli raportdan görünür ki, YPXA-nın 7-ci tağımının YPX inspektoru polis baş serjantı Fəqani Şirinli o, “Hova” markalı yük avtomobilinin sürücüsü tabeszlik göstərdiyi üçün Kürdəmir RPŞ-dən kömək istəmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş matriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA 000231 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-882/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-882/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver