Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-884/2024 30.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Kürdəmir şəhərində polisə dəvət zamanı ünvanlı küçə söyüşləri söymüş, nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir şəhərində işlə bağlı Kürdəmir rayon polis şöbəsinə dəvət zamanı polis əməkdaşları ilə qərəzli mübahisə edib onların qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq işləri ilə bağlı Bakı şəhərində yaşayır, subaydır, "xxxx" MMC-də fəhlə işləyir. xx.xx.2024-cü il tarixdə işdə olarkən bacısı Sevda Rüstəmova mobil telefon vasitəsiylə zəng vuraraq qonşusu Qalib Zərbəliyevin onu və anasını döydüyünü bildirmişdir. Məlumatı aldıqdan sonra dərhal Kürdəmir şəhərindən gələrək Qalibi axtarmış, onu tapa bilmədiyi üçün Kürdəmir rayon polis şöbəsinə getmiş, şöbədə polis əməkdaşları Q.Zərbəliyevi axtardıqlarını və məsələnin aydınlaşdırmaq üçün sabah səhər şöbəyə gəlməsini məsləhət görmüşlər. xx.xx.2024-cü il səhər şöbənin qarşısında olarkən Qabilin şöbədən çıxdığını görüb ona yaxınlaşaraq bacısını və anasını vurması barədə söhbət edən zaman aralarında mübahisə düşmüş, mübahisə vaxtl əlbəyaxa olaraq bir-birlərinin ünvanlarına nalayiq ifadələr işlətmişlər. Səsə-küyə yoldan keçən şəxslər oraya toplaşmışdır. Mübahisədən sonra evində olarkən polis əməkdaşları yaşadığı ünvana gələrək baş verənlər barədə izahat verməli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Aralarında gedən söhbət əsnasında özünün şəxsi avtomobili olduğunu, öz avtomobili ilə şöbəyə gedəcəyini bildirdiyindən bir nəfər polis əməkdaşı onun avtomobilinə əyləşmiş və birlikdə şöbəyə gedərək baş verənlər barədə izahat vermişdir. Polis şöbəsinə gedərkən polis əməkdaşlarına qarşı heç bir fiziki güc və yaxud müqavimət göstərməmiş, onların qanuni tələblərinə tabe olmuşdur. Şəxs izahatının sonunda ilk dəfə inzibati xəta hadisəsi törətməsini, küçədə səs-küy etdiyinə peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, Kürdəmir RPŞ-də polis nəfəri işləyir, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon sakinləri Şəxs və Qalib Zərbəliyevin aralarında baş vermiş mübahisəni araşdırmaq üçün polis əməkdaşları ilə birlikdə Şəxs qeydiyatda olduğu ünvan 1 ünvanına getmişlər, Şəxs özlərini təqdim etdikdən sonra barəsində şikayət olduğunu və şikayətlə bağlı izahat vermək üçün onlarla birlikdə şöbəyə getməli olduqlarını izah etmişlər. Həmin vaxt Şəxs ucadan ünvansız xoşa gəlməz sözlər işlədərək özünü şəxsi avtomobili olduğunu və həmin avtomobillə şöbəyə gedəcəyini bildirdiyi üçün onun avtomobilinə əyləşmiş və birlikdə şöbəyə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Şəxs, Sevda Rüstəmovanı və onların analarını qonşusu kimi tanıyır, qonşu kimi münasibətləri yaxşı olmuşdur. Sevda Rüstəmovanı və onun anasını vurması ilə bağlı deyilənlər əsassızdır, küçəyə zibil atdığı üçün aralarında mübahisə baş vermiş, mübahisə vaxtı aralarında sözsöhbətləri olmuş, lakin onları vurmamışdır. Mübahisə ilə bağlı xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gedərək izahat vermiş, sonra şöbədən çıxıb evinə gedən zaman yolda onu Şəxs onun qarşısını kəsərək mübahisə etmiş, mübahisə vaxtı əlbə-yaxa olmuşlar və Sahib onu vuraraq ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Yaxından keçən tanımadığı şəhər sakinləri onları aralaşdırmış və hər ikisi bununla bağlı polis şöbəsinə şikayət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, X1 onların qonşusudur, qonşu kimi münasibətləri əvvəllər normal olmuşdur. Bir müddət əvvəl Qabil Zərbəliyevin onların qapılarının yanına zibil atdığını, həmin zibillərin qrunt suların axıdılmasında istifadə edilən boruların qarşısını kəsdiyini görüb. Bununla bağlı Qalibə müraciət edərək zibili oradan yığışdırmasını xahiş etmiş, Qabildə zibili oraya uşağı tərəfindən atıldığını bildirib tezlikə həmin yeri təmizləyəcəyinə söz verməsinə baxmayaraq bunu etməmiş, əksinə oraya zibil yığmağa davam etmişdir. xx.xx.2024-cü il tarixdə işdə olan zaman anası ona zəng vuraraq Qabil Zərbəliyev tərəfindən döyüldüyünü bildirmiş, dərhal Bakıda olan qardaşı Şəxs zəng vuraraq anasının yanına getmişdir. xx.xx.2024-cü il tarixdə polis şöəsinin inzibati binasının yaxınlığında qardaşı Sahid Rüstəmovla qonşuları Qabil Zərbəliyevin arasında baş vermiş mübahisənin şahidi olmuş, mübahisə vaxtı onlar bir-birlərinin ünvanına ucadan nalayiq ifadələr işlədərək əlbə-yaxa olmuşlar, qardaşının həmin vaxt əlində dəmir parçası olmamışdır. Onun və yaxından keçən tanımadığı şəhər sakinlərinin köməkliyi ilə onları aralaşdırmış və yenidən polis şöbəsinə getmişlər. İşə əlavə edilmiş, xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, həmin tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokolla tanış edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Kürdəmir rayon polis şöbəsinin inzibati binasının yanında və polis əməkdaşları tərəfindən şöbəyə dəvət edilərkən ictimai qaydanı pozan hərəkətləri ilə törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, şahidlərin ifadəsi və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs hərəkətlərində polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmadı. Belə ki, Şəxs qonşusu Q.Ə.Zərbəliyevlə Kürdəmir rayon polis şöbəsinin inzibati binasının yaxınlığında aralarında yaranmış mübahisə zamanı yüksək səslə biribirinin ünvanına nəlayiq ifadələr işlətmişlər, həmçinin Şəxs polis əməkdaşları tərəfindən şöbəyə dəvət edilərkən ailəsinə qarşı olan hərəkətlərdən əsəbiləşərək ucadan səs-küy salmışdır. Həmin hərəkətləri ilə Şəxs ictimai qaydanı pozmaqla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyindən, onun eyni hərəkətlərinə görə əlavə olaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, sonuncu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Odur ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə həmin maddə ilə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı səmimi peşmançılığını, X1 ilə sonuncunun onun anasını və bacısını döyməsi ilə əlaqədar hərəkətlərinin təsiri altında baş verməsini məsuliyyətini yüngülləşdirən hallar hesab edilir. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000504 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19.00-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalı və qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 50 (əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-884/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-884/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver