Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-885/2025 10.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Həsənova Gülnar Fikrət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, Kürdəmir şəhəri, 564 ailəlik qəsəbədə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Məhkəmənin icraatına 10 oktyabr 2025-ci il tarixdə Kürdəmir rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 10 oktyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 oktyabr 2025-ci il tarixdə idarə etdiyi “VAZ 21070” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, onun barəsində İXM-nin 511.1.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan İXP ******* nömrəli, 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin polis kapitanı X3 izahatında göstərmişdir ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə idarə etdiyi “VAZ 21070” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq etməsi ilə əlaqədar daxil olmuş məlumat əsasında saxlanılmışdır. Şəxs idarə etdiyi “VAZ 21070” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobil bu barədə akt tərtib edilərək mühafizə olunan duracağa yerləşdirilmişdir. Şəxs tərəfindən daha öncə də xx.xx.2023-cü il tarixdə İXM-in 511.1.3-cü və 332.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, protokolla tanış edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, İXM-in 511.1.2-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razıdır. Həmin vaxt dostunun toyuna getmiş, toy karvanına qoşulmuş və qarşıdakı avtomobilləri keçərək bin neçə dəfə sükanı sağa-sola fırlatmaqla ziq-zaq hərəkətlər etmişdir. İdarə etdiyi avtomobil atasına məxsusdur, özünün sürücülük vəsiqəsi yoxdur. Həmçinin, üçüncü dərəcəli əlilliklə bağlı xəstəliyi vardır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kürdəmir RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir rayonu DYPB-nin tərtib etdiyi xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:15-də Kürdəmir şəhəri, Babək prospektində CHEVROLET LACETTİ MİNİK markalı, 77AG392 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çəxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, İXM-in 511.1.3-cü və 332.1-ci maddələri ilə inzibati xətanı törətdiyinə görə barəsinə 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, Şəxs xayalığın bədxassəli yenitörəmsi, pT1aN0M0 mərhələ ı R0. S0. Sol xayanın xərçəngi. Soltərəfli orxifunikulektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət pT1AN0M0S0 İA mərhələ.BEP sxemi ilə ı kurs kimyaterapiya diaqnozu, orqanizmin funksiyalarının 50 % pozulmasına görə üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün izahatı, həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş hadisənin görüntülərini əks etdirən DVD diskə baxış keçirilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “VAZ 21070” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili mexaniki nəqliyyat vasitəsini bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə etməklə avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, hadisənin görüntüsünü özündə əks etdirən DVD disk, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 511.1.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 511.1.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7- maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üçüncü dərəcəli əlilliyini və əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdiriən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, ona İXM-in 511.1.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 511.1.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-885/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-885/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver