Məhkəmə qərarları › İş №3(041)-888/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-888/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-888/2023 12.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan hüquqi şəxs “X8” MMC-ninn nümayəndəsi X4 və protokolu tərtib edən, Kürdəmir Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə “X8” MMC barəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsi tərəfindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : “X8” MMC ürdəmir rayonu üzrə müəsissənin 2023-cü ilin avqust ayı üçün təqdim etdiyi 4 əmək satistik hesabat forması təhriflə təqdim edildiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə inzibati icraat açılaraq aidiyyatı üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Kürdəmir Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsinin nümayəndəsi X2 oğlu izahatında göstərdi ki, Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının mərkəzi icra orqanları sistemində öz fəaliyyət sahəsinə uyğun olaraq dövlətin funksiya və vəzifələrini həyata keçirən dövlət orqanıdır.Bu funksiya və vəzifələr ölkədə sosial-iqtisadi vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliyini səciyyələndirən statistik məlumatlarla idarəetmə orqanlarının, iqtisadi subyektlərin, elmi işçilərin ehtiyaclarının ödənilməsindən ibarətdir. “X8” MMC-ə daha əvvəl təqdim olunmalı hesabatlar, onların son təqdim olunma tarixləri haqqında məlumatlar təqdim olunmuşdur. X6 Komitəsinin rəsmi saytında hər bir hüquqi şəxs “Təqdim olunmalı hesabatlar” bölməsinə daxil olmaqla bu cür məlumatlarla tanış ola bilər və hesabatları oradan təqdim edə bilər. 2023-cü ilin avqust ayı üçün sözügedən müəssisə tərəfindən təqdim olunmuş 4-əmək (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) hesabatı təhriflə təqdim olunmuş, müəssisə üçün hesabatın son təqdim edilmə (ay bitdikdən sonra növbəti ayın-15i) vaxtı bitmişdir. xx.xx.2023-cü il tarixdə məlumatların yekunlaşdırılması, təhlili zamanı X8 MMC-nin sözü gedən hesabatda ciddi nöqsana yol verdiyi aşkarlanmışdır. Beləki, hesabatın 18-ci sətrində qadınlar üçün hesablanmış əmək haqqı fondunun əvvəlki ayla müqayisədə 10 dəfədən çox fərqlənməsi aşkar edilmiş (“2023-cü ildə yerli statistika orqanları üçün statistik işlər proqramına” uyğun olaraq rayon statistika idarələri üçün işin son təqdim edilmə tarixi bitməmiş) və bu uyğunsuzluqla bağlı müəssisəyə 3-34-58/2-95/2023 nömrəli xx.xx.2023-cü il tarixdə müəssisəyə məktub göndərilmişdir. Müraciətimizə cavab olaraq xx.xx.2023-cü il tarixdə müəssisənin mühasibi X4 tərəfindən hesabatda yaranmış uyğunsuzluğun texniki səhv olması və hesabata düzəliş edilməsinə köməklik göstərilməsi haqqında izahat idarəmizə daxil olmuşdur. X3 Farm MMC əksər hallarda statistik hesabat intizamına biganə yanaşmış, hər hesabat üçün tərəfimizdən məlumat verdikdən sonra təqdim edilmiş, bir çox hallarda təhrifə yol vermiş, dəfələrlə şifahi xəbərdarlıq olunmuşdur. Müəssisə tərəfindən vaxtaşırı yol verilmiş səhvlərə dair mümkün köməklik göstərilmişdir. xx.xx.2023-cü il tarixdə Müəssisə tərəfindən əvvəlki dövrlərdə də yol verilmiş nöqsanların təhlil edilməsi, hesabat intizamının gücləndirilməsi, profilaktik tədbirlərin aparılması və metroloji təlimatların verilməsi məqsədilə idarəyə dəvət olunmuş və bu addım həmin şəxs tərəfindən müsbət qarşılanmışdır. Lakin daha sonra nümayəndə təyin olunmuş vaxtda və növbəti iş günü də gəlməmiş, telefon zənglərinə cavab verməmişdir. xx.xx.2023-cü il tarixdə tərəfimizdən nöqsan aşkar olunduğu vaxtdan qanunvericilikə müəyyən edilmiş müddət ərzində protokol tərtib edilmiş və baxılması üçün qərardad tərtib olunaraq Kürdəmir rayon məhkəməsinə göndərilmişdir.Bburaxılan səhvlər vaxtında aradan qaldırılmadığı təqdirdə uyğunsuzluqların yaranmasına, həmçinin aylıq, rüblük, illik yekun məlumatların alınması zamanı ölkə, iqtisadi rayon və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərə hesablanan orta aylıq nominal əməkhaqqının süni artımına səbəb olur. Odur ki, “X8” MMC barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törədən hüquqi şəxs “X8” MMC-nin nümayəndəsi X4 göstərdi ki, Kürdəmir rayonu ərazisində yerləşən “X8” MMC tərəfindən xx.xx.2023-cü tarixdə 4 əmək hesabatı təqdim olunb,lakin texniki səhv səbəbindən qadınlar üzrə hesablanmış əmək haqqı 14101,30 əvəzinə 141101,30 kimi sistemdə göstərilmişdir.Onlar həmin səvi qərəzli deyil texniki səhv olaraq qeyd etmişlər. Bununla bağlı onlar statistika idarəsinə məlumat versələr də heç bir nəticə olmamışdır. İlk dıfıdir ki, inzibati xəta hadisəsi törədirlər. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə hesab edir ki, “X8” MMC-nin əməli işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, “X8” MMC barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə inzbati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində göstərilir ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “X8” MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən hüquqi şəxs “X8” MMC -nin törətdiyi xətanın xarakterini, onları xarakterizə edən halları, onların maliyyə və əmlak vəziyyətini, habelə onların qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq hüquqi şəxs “X8” MMC barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən inzibati xəta törətmiş hüquqi şəxs “X8” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar