Məhkəmə qərarları › İş №3(041)-89/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-89/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-89/2025 28.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsi Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Şahbazova Göyçək Kamil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1941-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Pirili kəndində qeydiyyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 1 ədəd İJ markalı 12 çaplı, zavod nömrəsi silinmiş tək lüləli ov silahını qeydiyyatsız saxlamış, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 1 ədəd İJ markalı 12 çaplı, zavod nömrəsi silinmiş tək lüləli ov silahını qeydiyyatsız saxladığı üçün Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikası İXMnın 590.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında mərhum babası Mənsimdən yadigar qalma “İj” markalı 12 kalibrli, zavod nömrəsi oxunmayan tək lüləli ov tüfənginin olduğunu, həmin ov tüfənginin istifadəyə yararsiz olduğunu, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində polis əməkdaşlarının onlara gəldiyini, ona sənədləri olmayan ov tüfənginin olduğunu dediyini, polis əməkdaşları ilə razılaşıb həmin ov tüfəngini onlara təqdim etdiyini, həmin ov tüfənginin heç bir rəsmi sənədləri və qeydiyyatı olmadan saxladığını, eləcədə həmin ov tüfəngi ilə yaşadığı evin həyətində atəş açmadığını, tüfəngin istifadəyə yararsız olduğunu, qonşusu Sədaqətin onun barəsində etdiyi müraciətin şər böhtan xarakterli olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. xx.xx.2024-cı il tarixli raportdan görünür ki, Kürdəmir RPŞ-nın İTB-nin sahə rəisi, polis kapitanı Elnur İbrahimov xx.xx.2024-cü il tarixdə raportla şöbə rəhbərliyinə müraciət edərək, icraatında olan raportla bağlı elə həmin tarixdə saat 17 radələrində Kürdəmir rayonu Pirili kəndi ərazisində xidmətdə olan zaman kənd sakini Şəxs bir ədəd “İJ” markalı 12 çaplı, zavod nömrəsi silinmiş tək lüləli ov silahını aşkar edib RPŞ-nə gətirdiyini bildirmişdir. Araşdırma zamanı toplanmı materiallarda cinayət hədisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 590.2-ci maddəsi ilə barəsində inzibati qaydada tədbir görünməsi üçün Kürdəmir RPŞnin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq orqanlardan icazə almadan sənədsiz və qanunsuz olaraq evində 01 ədə İJ markalı 12 çaplı nömrəsi silinmiş tək lüləli ov silahını saxlamış, odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs əməlində ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hall kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq sözü gedən silahın müsadirə edilməklə onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. 1 ədəd tək lüləli, 12 çaplı, nömrəsi silinmiş ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin X1 Baş İdarəsinin anbarına təhvil verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə və Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar