Məhkəmə qərarları › İş №3(041)-890/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-890/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-890/2023 11.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin İcra məmuru X1 iştirakı ilə xx.xx.1992-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsdindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinn 529.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında AR ƏƏSMN yanında DƏM-nin X5 Şöbəsinin ******* saylı,xx.xx.2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Belə ki, Şəxs X5 Şöbəsi tərəfindıən AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində inzibati qaydada cərimə olunuş və qərar icra olunması üçün Kürdəmir rayon İca və Probasiay şöbəsinə göndərilmişdir. Lakin, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Əsgərov tərəfindən barəsində AR.İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki, 2023-cü il tarixdə AR ƏƏSMN yanında DƏM-nin X5 Şöbəsi tərəfindıən AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat manat məbləğində cərimə etmişlər. Özü heç bir yerdə işləmədiyi üçün cəriməni ödəməyə maddi imkanı olmamışdır. Hazırda heç bir yerdə işləmir və həmin cəriməni dəödəməyə maddi imkanı yoxdur. Məhkəmədə izahat verən Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Şəxs AR ƏƏSMN yanında DƏM-nin X5 Şöbəsinin ******* saylı,xx.xx.2023-cü il tarixli qərarı ilə AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat manat məbləğdə cərimə edilmişdir. İcra sənədinin icrasına xx.xx.2023-cü il tarixli qərarla başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxta tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Bütün icra tədbirlərinə baxmayaraq, borclu icra sənədini könüllü olaraq icra etməmiş və heç bir yerdə işləmədəyini göstərmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara sorgu edilsədə borclunun adına heç bir əmlak və bank əmanəti aşkar edilməmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Beləliklə, məhkəmə İcra məmuru Ruslan Əsgərovun və barəsində inzibati tənbeh tədbiri görülmüş Şəxs izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs AR ƏƏSMN yanında DƏM-nin X5 Şöbəsi tərəfindıən AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün onun hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, hjimayəsində azyaşlı uşağının olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati ictimai işlər tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 23.1-ci maddəsinə görə ictimai işlər yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində göstərilir ki,ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 154.2-ci maddəsində göstərilir ki,barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur. Həmin Məcəllənin 154.7-ci maddəsinin tələbinə görə ictimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır. Həmin Məcəllənin 145.1.6-cı maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında işüzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 23,28, 40, 43, 106-115,117 və 129-130 və 154-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ :

1. İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 160 (bir yüz altmış) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin.

2. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar