Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-891/2023 29.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.00-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mollakənd kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində Zərərçəkmiş şəxs ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. Zərərçəkmiş şəxs ərizəsi əsasında tplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyidən Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2023cü il tarixdə cinayıət işinin başlanılması rədd edilmiş və Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Səhan onun həmkəndlisidir və aralarında heç bir ədavətləri olmamışdır. O, 10 il qabaq Səhmanın bacısı Zülfiyyəni sevmiş, lakin ailələri razı olmadığı üçün evlənə bilməmişlər. xx.xx.2023-cü il tarixdə evdən ıxaraq Zülfiyyəgilin küçəsi ilə gedərkən Səhman onun qarşına çıxaraq gecə vaxtı burada nə gəzdiyini soruşmuş, o, isə Səhmanın onu tanımaması üçün həmin yerdən qaçmışdır.Sonradan onu polis şöbəsinə dəvət edəndə Səhmanın ondan şikayət etdiyini bilmişdir. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lacın onun həmkəndlisidr,münasibətləri normal deyildir. Belə ki, Laçın hadisəsdən 10 il qabaq onun bacısı Zülfiyyəni sevmiş, lakin onlar arasında evlilik alınmamış və Laçın başqa bir qadınla evlənmişdir. Laçın evli olmasına baxmayaraq onun bacısı Zülfyyədən əl çəkməmiş və Zülfiyyə barəsində xoşagəlməz ifadələr işlətdiyini eşitmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində o, atasıgilin evindən çıxıb öz evlərinə gedərkən həyətlərində Laçını görmüş və gücə vaxtı həyətlərində nə gəzdiyi soruşmuş, Laçın isə tanınmaması üçün əynindəki köynəyi üzünə çəkib qaçma qistəsədə o, Laçından yapışaraq saxlamış, Laçın qaçmağa cəhd etsə də qaça bilməmiş və ucadan qışqıraraq nalayiq ifadələrlə təhqir edib qaçı\b getmiş qaçan zaman yağında olan bir çüt şəpik orada qalmışdır. Laçın bu hərəkətləri dəfələrlə etmiş və kənd camaatı arasında onunlar barəsində nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. O, Laçın qanun qarşısında cavab verməsini xahiş edir və Laçın barəsində qanuni tədbir görülməsini xaiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün qismən etirafı zərərçəkmiş şəxsin izahatı, hadisənin baş vermə şəraitindən, habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, tərəflər arasında belə halların dəfələrlə təkrar olunmasını və belə halların qarşısını almaq üçün məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-891/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-891/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver