Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-893/2023 02.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1999-cu Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Kürdəmir RİHB-nın Ərəqubalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini vəzifəsində işləyən, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o,xx.xx.2023-cü il tarixdə,gecə saat 03 rdələrində özünə məxsus idarə etdiyi “VAZ 21074” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə Kürdəmir şəhəri, Bakı prospektində idarə edərkən Kürdəmir RPŞ-nin əməkdaşları ona saxla işarəsi vermiş, o,isə sərxoş olduğu üçün polis əməkdaşlarının saxla işarəsini görməmiş və hərəkətini davam etdirmişdir. Bir az qabaqda isə avtomobilin yanacağı bitdiyi üçün avtomobil dayanmış və arxadan gələn polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib niyə onların saxla işarəsinə əhəməiyyət vermədiyimi soruşmuş və həmin vaxt ondan spirt qoxusu hiss etdikləri üçün onu müayinə edilmək üçün əvvəlcə Kürdəmir RPŞ-nə və Kürdəmir RMX-na aparacaqlarını bildirmiş, o, isə sərxoş olduğu üçün öz hərəkətlərinin başa düşməmiş və özünü idarə edə bilmədiyi üçün polis əməkdaşları ilə mübahisə edərək onlara etirazını bildirmişdir. Hazırda əməlindən peşmandır və ilk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ PPXB-də polis nəfəri işləyir.xx.xx.2023-cü il tarixdə,saat 03.50 radələrində Kürdəmir PPXB-nün polis nəfəri, polis serjantı İsmət Mahmudovla birlikdə Kürdəmir şəhəri,Bakı prospektində xidmətdə olarkən adını sonradan bildikləri Şəxs “VAZ 21074” markalı,**-BH- *** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə yolun hərəkət hissəsində 4-5 dəfə sağa-sola hərəkətə etdirməklə idarə etdiyini görüb baş verıə biləcək bədbəxt hadisənin qarşısını almaq üçün əl işarə verərək onu saxlatdırmaq istəmişlər. Lakin Şəxs avtomobili saxlamamyaraq öz hərəkətinə davam etsə də onlardan 30-40 metr aralıda avtomobili saxlamış və onalr da dərhal həmin yerə yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonradan avtomobilin dayanmasına avtvomobilin yanacağının bitməsi olmasını bilmişlər. Bundan sonra onlar Şəxs niyə avtomobili sürətlə hərəkət etdirməsini soruşmuş və ondan spirt qoxusu gəldiyini görüb onu Kürdəmir RPŞ və oradan da sərxoşluq halının müəyyən edilməsi üçün Kürdəmir RMX-na gedəcəklərini bildirmiş, lakin Şəxs onlara etiraz edərək polis şöbəsinə getməyəcəyini bildirmişdir. Bundan sonra məcburi qaydada onu avtomobilə miondirib polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil verərkən ucadan qışqıraraq nalayiq ifadələrlə onları təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 da Asəf Fərəcli ilə eyni məzmnda ifadə verib onun göstərdikləri xüssatları təsdiq etdi. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün qismən etirafı, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutuma haqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə,saat 00.40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, həmçinin barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə baxışınadək, yəni xx.xx.2023-cü il,saat 05.00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin və o, dərhal zaldan buraxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-893/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-893/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver