Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-897/2023 05.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 15:30 Məhkəmənin hakimi X5 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan X2 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbqubalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı kənddə həmkəndlisi X6 ilə mübahisə edərək onu döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında bildirdi ki, Kürdəmir rayonu, Çöl-Qubalı kəndində yaşayan X8 xx.xx.2023-cü ildə ərizə ilə Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Şikayət ərizəsi qeydiyyata alınaraq, təhqiqat aparılması üçün Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Aqil Əhmədovun icraatına verilmişdir. Aparılmış araşdırma zamanı onların izahatları alınmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixdə cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, fərdi əməklə məşğul olur, X4 həmkəndlisi kimi tanıyır, münasibətləri əvvəllər normal olmuşdur. Bir müddət əvvəl Adil Məmmədov ona müraciət edərək imaknı zəif olduğunu və ona borc pul verməsini xahiş etdiyindən Adilə 70 manata yaxın məbləğdə borca pul vermişdir. Aradan uzun müddət keçməsinə baxmayaraq borcunu qaytarmadığına görə telefon vasitəsiylə Zərərçəkmiş şəxsə zəng vurub borcunu istəmiş, lakin aralarında gedən söhbət zamanı Adil onun ünvanına nalayiq ifadələr işlətmiş və borcunu qaytarmaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində mağazaya gedərkən yolda Zərərçəkmiş şəxs və onun qardaşı Asif Məmmədovu görmüş, borcunu qaytarmadığı üçün Adilə iradlarını bildirərkən aralarında mübahisə düşmüş, mübahisə vaxtı bir-birləri ilə yaxalaşarkən Adil və onun qardaşı Asif onu vuraraq döymüşlər. Həmin vaxt Adili və Asifi vurmamış, lakin özündən aralamaq üçün əli ilə Adili itələmişdir. Mübahisədən sonra Adil Məmmədov barəsində şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Müraciətindən sonra Zərərçəkmiş şəxs da onun barəsində şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etdiyini eşitmişdir. Polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə getmiş, izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs həmkəndlisi kimi tanıyır, münasibətləri əvvəllər normal olmuş, bir-birlərinə pul borcları vardır. xx.xx.2023-cü il tarxdə Şəxs onun mobil telefonuna zəng vuraraq guya onun arxasiyca xoşa gəlməz sözlər işlətdiyi demiş və məsələni aydınlaşdırmaq üçün görüşmək istədiyini bildirmişdir. Həmin vaxt telefonda bir-birlərinin ünvanına xoşa gəlməz sözlər demişlər. Həmin tarixdə saat 12 radələrində küçədə olarkən Şəxs onun yanına gələrək mübahisə etməyə başlamış, mübahisə zamanı bir-birləri ilə yaxalaşarkən Rahid onu itələyərək yerə yıxmış, yerə yıxılarkən qolunu şüşə kəsmişdir. Ayağa qalxanda Rahidin cibindən bıcaq cıxardığını zənn etdiyindən yumruqla Rahidi vurmuşdur. Həmin vaxt orada olan böyük qardaşı Asif Məmmədov onları ayıraraq mübahisəni sakitləşdirmişdir. Şəxs hərəkətlərindən şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 459 nömrəli rəyində göstərilmişdir ki, X2 bədənində aşkar edilim xəsarətlər- sağ saiddə və qarının ön divarında sıyrıq küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 57 və 58 nömrəli rəyləri, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla, habelə işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alınaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-897/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-897/2023
05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver