Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-898/2023 10.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs X4 və onun müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, vəkil X1, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2007-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, tam orta məktəbində şagird, Kürdəmir rayonu Çöl-Qubalı kəndində yaşayan – X4 haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : X4 xx.xx.2023-cü il tarixdə, saat 12 radələində yaşadıqları kənddə şxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə qəsdən həmkəndlisi Zərərçəkmiş şəxsnın sağ gözaltı nahiyəsinə vurmaqla ona sağlamlığa zərərvurmaya aid edilməyən xəsaərtlət yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxsnın ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən X4 qanuni nümayəndəsi Şəxs iştirakı ilə izahatında göstərdi ki, Rahid onun həmkəndlisidir. Münasibətləri normal deyildir. Belə ki, onlar arasında mübahisə 2022-ci il tarixdə də baş vermiş və sonradan barışdıqları üçün Kürdəmir RPŞ və məhkəmədə inzibati icraata xitam verilmişdir. Sonuncu dəfə o, məktəbdə olarkən Rahid onun elefonuna zəng edərək onunla görüşmıək istədiyini bildirmiş və o, da etiraz etməmiş və dərsdən evə gedərkən yolda Rahidlə rastlaşmış, söhbət edən zaman aralarında mübahisə olmuş, mübahisə zamanə Rahid onu vurduğu üçün o,da özünü müdafiə etmək məqsədi ilə Rahidin sağ gözünə vurmuşdur. Onlar barışmamışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Adil onun həmkədlisi həm də qaonşusudur. Münasibətləri əvvəllər normal olsa da sonradan münasibətləri pozulmuşdur. Belə ki, onlar arasında dəfələrlə mübahisə olsa da sonradan barışmışlar. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o, Adilə zəng edərək ona borclu qaldığı pulu istəmiş, lakin Adil onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin günü saat təxminən 12 radələrində küçəyə çıəxaraq siqaret almaq üçün dükana gedərkən Adillə rastlaşmış vəyenə də pulunu istəyəndə Adil ona kobud cavab qaytarmıç və aralarıda mübahisə yaranmışdır. Mübahisə zamanı Adil yumruqla onun sağ göz nahiyəsinə vuaraq ona xəsarət yetirmişdir. Onlar barışmamış və Adil ona dəyən ziyanı ödəməmişdir. Odur ki, Adil barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 458 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxsnın məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözaltı nahiyəsində qançırın küt əşyanın təsirindən əmələ gəlmişdir, müddətin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı X2 əməli özünün etirafı zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin aktı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolvə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun azyaşlı olmasını AR İXM-nin 32.1.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən X2 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənveh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 150.3-cümaddəsinin tələbinə görə yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Barəsində cərimə növündə inzibati tənbeh tıdbiri tıətbiq ediilmiş X4 tam orta məktəbdə oxuduğu və onun müstıəqil qazancı olmadığı üçün inzibati cərimə onun qanuni nümayəndəsi Şəxs tutulsun Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-898/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-898/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver