Məhkəmə qərarları › İş №3(041)-903/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-903/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-903/2024 25.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Kürdəmir rayonunun Pirili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Pirili ərazi dairəsi, Pirili kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx), Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahat verərək bildirmişdir ki, Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-1400 saylı icra sənədinə əsasən borclu Şəxs 3753,99 manat və xx.xx.2023-cü il tarixli 8İ-1401 saylı icra sənədinə əsasən 626,35 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1158/2021 saylı icra sənədinə əsasən 150 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə, xx.xx.2024-cü il tarixli 2(041)-200/2018 saylı icra sənədinə əsasən 830 manat və ödənilmiş dövlət rüsumu 30 manat pul tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə və xx.xx.2024-cü il tarixli 2(041)- 554/2019 saylı icra sənədinə əsasən 80 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs4 xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədləri Kürdəmir rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərarlar və tələbin könüllü icrası haqqında bildirişlər qəbul edilərək borclu Şəxs göndərilmişdir. Şəxs icra sənədləri üzrə borcundan ödəniş etməmişdir. Onun yaşayış və iş yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, borclu Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən ona göndərilmiş bildirişlər ona çatmış, həmin bildirişlərdən xəbərdar olmuşdur. O, icra sənədinin icrasından yayınmır, sadəcə hazırda borc məbləğinin hamısını ödəməyə maddi imkanı kifayət etmir. İcra məmurunun çağırışından məlumat aldıqdan sora həmin borcdan 160 manat ödəniş etmişdir. Tərəflərlə razılaşmış hər ay borcundan hissə-hissə icra edəcəyini bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-1400 saylı icra sənədindən görünür ki, borclu Şəxs 0 manat 01 qəpik (sıfır manat bir qəpik)məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 3753 manat 99 qəpik (üç min yeddi yüz əlli üç manat doxsan doqquz qəpik) Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutlmalıdır. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-ci il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanılmış və ona borcu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-1401 saylı icra sənədindən görünür ki, borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 626 manat 35 qəpik (altı yüz manat otuz beş qəpik) Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-ci il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanılmış və ona borcu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(041)-1158/2021 saylı icra sənədindən görünür ki, xx.xx.2013-cü il tarixdə kreditor Zərərçəkmiş şəxs2 MMC ilə borclu Şəxs arasında bağlanmış N ******* nömrəli borc müqavilələrinə əsasən borclu Şəxs "xxxx" MMC-dən hissə-hissə ödəniş şərtilə 310 manat məbləğində məişət avadanlığı əldə etmiş, ilkin olarq onun 46 manatın ödəmiş və qalan 264 manat məbləği isə 6 ay müddətinə aylıq 44 manat oolmaqla Zərərçəkmiş şəxs2 MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020ci il tarixli 3125 nömrəli maliyyə arayışından görünür ki, Şəxs xx.xx.2013cü il tarixdə başlanmış N ******* nömrəli müqavilə üzrə ödənilməmiş 150 manat əsas (qalıq) borcu Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə tutulmalıdır. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanılmış və ona borcu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(041)-200/2018 saylı icra sənədindən görünür ki, Şəxs 830 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat Zərərçəkmiş şəxs3 xeyrinə tutulmalıdır. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanılmış və ona borcu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-554/2019 saylı Şəxs 80 manat və dövlət rüsumuna görə 30 manat alınaraq tələbkar Zərərçəkmiş şəxs4 xeyrinə tutulmalıdır. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-ci il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanılmış və ona borcu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs yaşayış və iş yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin natariusunun xx.xx.2023-cü il tarixli və 8İ-1400 və 8İ-1401 saylı icra sənədlərinin, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(041)-1158/2021 saylı, xx.xx.2018-ci il tarixli 2(041)-200/2018 saylı, xx.xx.2019-cu il tarixli, 2(041)-554/2019 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə iclasında isə Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və 8İ-1400 və 8İ- 1401 saylı icra sənədinin, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(041)- 1158/2021 saylı, xx.xx.2018-ci il tarixli 2(041)-200/2018 saylı, xx.xx.2019-cu il tarixli 2(041)-554/2019 saylı icra sənədləri üzrə Şəxs yaranmış borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2021-cü il tarixli, 2(041)-1158/2021 saylı icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə, xx.xx.2018-ci il tarixli 2(041)-200/2018 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə, xx.xx.2019-cu il tarixli, 2(041)-554/2019 saylı icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə və Kürdəmir regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ-1400 və 8İ-1401 saylı icra sənədləri üzrə xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən icra işləri üzrə icraata başlanılmışdır. Lakin, icra sənədinin icra olunması ilə bağlı borclu barəsində sonuncu dəfə axtarış elan edilməsi ilə bağlı tədbir görülmüşdür. Cari il ərzində isə icra məmuru tərəfindən icra sənədinin icra olunmaması ilə bağlı hər hansı icra tədbiri həyata keçirilməmişdir. Bundan əlavə icra sənədi üzrə borclu Şəxs tapıldıqdan sonra da, icra məmuru tərəfindən onun barəsində hər hansı bir icra tədbiri həyata keçirilməmiş, izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, borclu Şəxs borcunun 160 (yüz altmış) manat məbləğində hissəsini ödəyərək qəbzi məhkəməyə təqdim etmişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs oğllunun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar