Məhkəmə qərarları › İş №3(041)-904/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-904/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-904/2024 09.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.55-də Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1989-cu Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Zərərçəkmiş şəxs məxsus heyvanalrı oğurlayaraq zərərçəkmiş şəxsə 300 manat maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Kürdəmir rayon Polis şöbəsin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlnılması rədd edilmiş, onun əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Özü Kürdəmir ayonunda qeydiyyatda olsa da Ağsu rayonunda kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə balıq tutmaq üçün Kür çayına getmiş və həmin vaxtı 2 baş keçinin saibsiz qaldığını görüb onları tutuaraq idarə etdii avtomobilə qoyaraq gətirib satmış və həmin pulu öz ehtiyacları üçün xərcləmişdr. Barəsində şikayət olandan sonra 300 mana pulu Zərərçəkmiş şəxs qayratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs lazimi qayda məlumat verilməsinə baxmayaraq o,məhkəmə iclasına gəlməmiş, lakin o, ərizə göndərərk ona dəymiş ziyanın tam şəkildə ödənildiyini , lakin Şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus 2 baş xırda buynuzlu heyvanlar oğurlayaraq sonuncuya 300 manat maddi ziyan vurmuş,lakin ziyanı ödəsə də zərərçəkmiş şəxs Şəxslə barışmamışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun ziyanı amailə ödəməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsiliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar