Məhkəmə qərarları › İş №3(041)-905/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-905/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-905/2024 10.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227 maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2070605 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri ərazisində Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə aldadaraq 200 manat pulunu dələduzluq yolu ilə ələ keçirtmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 227-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, maddi imkanı zəifdir, pula ehtiyacı olduğu üçün xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Atakişili kənd sakini Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə aldadaraq ondan 200 manat pul almış, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Hazırda vurduğu ziyanı ödəməyə imkanı yoxdur, zərərçəkmiş şəxs ondan şikayətcidir. Şəxs izahatının sonunda əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə onu işə düzəltmək adı ilə aldadaraq 200 manat pulunu ələ keçirtmişdir, hazırda ona dəymiş ziyan ödənilməyib, Qadirdən şikayətçidir. İş materiallarına əlavə edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında Kürdəmir rayon polis şöbəsinin TB-nın baş təhqiqatçısı A.A.Əhmədovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti şöbənin İTB-nə göndərilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri ərazisində Zərərçəkmiş şəxs işə düzəltmək adı ilə aldadaraq 200 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə Azərbaycan Respublikasının İXM-nin 227-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işdə olan sənədlərlə təsdiq edilmişdir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA000525 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 14.10-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 16.30-da azad edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 30-cu maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 01 (bir) ay inzibati həbs tənbeh tədbirindən çıxılmaqla üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün müddətində inzibati həbs tənbeh tədbiri saxlanılsın. Şəxs həbsdə saxlanılma müddətinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar