Məhkəmə qərarları › İş №3(041)-907/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-907/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-907/2024 10.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs 28.072024-cü il tarixdə yaşadıqları Kürdəmir rayonunun Atakşişili kəndində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sağlamlığa zərərvurmaya aid edilməyən xəsaərtlət yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxsnun şikayəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Aysel oun arvadıdır. Onlar 2014-cü il tarixdə evlənmiş və onların 2 azyaşlı uşaqları vardır. Aralarında münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə Aysel atası evinə getmək istəmiş, lakin o, narazılıq etdiyi üçün aralarında mübahisə olmuş, mübahisə zamanı əsəsbləşərək Ayselin boğazından yapışaraq onu itələmişdir.Hazırda əmçəlindən peşmandır və o, Ayseldən üzrə istəmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Niyaz onun əridir. Onlar 2014-cü il tarixdə evlənmiş və onların hazırda 2 azyaşlı uşaqları vardır. xx.xx.2024-cü il tarixdə onlar evdə olarkən o, atası evinə getmək istəmiş, lakin Niyaz razı olmamış və buna görə də aralarında mübahisə olmuş, mübahisə zamanı Niyaz onun boğazından tuturaq boğmuşdur. O,da dərhal öz şəxsi telefonu ilə DİN-nin 102 xidmət mərkəzinə zəng edərək Niyaz tərəfindən döülməsi barədə şikayət etmişdir. Onlar barışmamışlar. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 331 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – biyunun aşağı 1/3-nin ön təş səthuində sıyrıqların küt əşyanın təsirindən əmələ gəlməsi, müddətin xx.xx.2024-cü il tarixə uyğun gəldiyi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, hadisənin baş vermə şəraiti, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin aktı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolvə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi olaraq peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənveh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar