Məhkəmə qərarları › İş №3(041)-911/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-911/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-911/2024 02.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonu, Pirili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olmaqla yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildirişlər göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1131/2022 saylı icra sənədi üzrə cavabdeh Şəxs əsas borca görə 365 manat, 54,75 manat cərimə borcu olmaqla, cəmi 419,75 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq tələbkar Zərərçəkmiş şəxs1 QSC-nin xeyrinə, xx.xx.2022-ci il tarixli, 2(041)-1127/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs əsas borca görə 60 manat, 9 manat cərimə borcu olmaqla, cəmi 69 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 QSC-nin xeyrinə, xx.xx.2023-cü il tarixli, 2(041)-84/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 1288,94 (bir min iki yüz səksən səkkiz manat 94 qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,29 (otuz üç manat 29 qəpik) manat tutularaq "xxxx" ASC-nin hesabına, Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-5129 saylı icra sənədinə əsasən borclu Şəxs 39 manat 25 qəpik (otuz doqquz manat iyirmi beş qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Həmin vaxtlardan etibarən hər bir icra sənədi üzrə heç bir ödəniş olmamış, borclu çağırışlardan yayındığına görə xx.xx.2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abbasov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1131/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(041)-1127/2022 saylı, xx.xx.2024cü il tarixli, 2(041)-84/2023 saylı və Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-5129 saylı icra sənədləri üzrə ödənilməmiş qalmış borclarını işləmədiyindən və maddi imkanı olmadığından ödəmək imkanı olmamışdır. Müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(041)-1131/2022 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs əsas borca görə 365 manat, 54,75 manat cərimə borcu olmaqla, cəmi 419,75 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq tələbkar Zərərçəkmiş şəxs1 QSC-nin xeyrinə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2022-ci tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(041)-1131/2022 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(041)-1127/2022 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs əsas borca görə 60 manat , 9 manat cərimə borcu olmaqla, cəmi 69 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 QSC-nin xeyrinə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1127/2022 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Kürdəmir Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-84/2023 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 1288,94 ( bir min iki yüz səksən səkkiz manat 94 qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,29 (otuz üç manat 29 qəpik) manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2023-ci il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-84/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-5129 saylı icra sənədinə əsasən borclu Şəxs 39 manat 25 qəpik (otuz doqquz manat iyirmi beş qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) və poçt vasitəsi ilə vətəndaşa göndərilən bildirişə görə 5 manat 00 qəpik (beş manat sıfır qəpik) olmaqla cəmi 135 manat 00 qəpik (yüz otuz beş manat sıfır qəpik) pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcraata başlama haqqında xx.xx.2024-ci il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8İ-5129 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İş materiallarından görünür ki, borclu Şəxs yaşayış və iş yeri məlum olmadığından barəsində Kürdəmir RPŞ-də 600672 nömrəli axtarış işi açılmışdır. Xəbərdarlıqlardan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1131/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(041)-1127/2022 saylı, xx.xx.2024-cü il tarixli, 2(041)-84/2023 saylı və Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-5129 saylı icra sənədlərinin icrası borcludan tələb edilmiş, icranı təmin etmədiyi halda məsuliyyət daşıyacağı izah edilmişdir; xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-1131/2022 saylı , xx.xx.2022-ci il tarixli, 2(041)-1127/2022 saylı, xx.xx.2024-cü il tarixli, 2(041)-84/2023 saylı və Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-5129 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qərarlarına əsasən borclarını üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 1131/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(041)-1127/2022 saylı, xx.xx.2024-cü il tarixli, 2(041)-84/2023 saylı və Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8İ-5129 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Abbasov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki icra sənədi ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Abbasov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə qərarlarının qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Abbasov X4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar