Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-918/2024 11.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 iştirakları ilə, xx.xx.1994-ci ildə Kürdəmir rayonununda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir rayonunun Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : X7 xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin qarşısında nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Kürdəmir rayon Şıxımlı kənd sakini X7 xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Kürdəmir RPŞ-nin qarşısında ünvansız nalayiq söyüşlər söyərək və qapı postunda olan məntəqənin ön şüşəsini yumruqu illə vurub sındıraraq xırda xuliqanlıq etmişdir. Odur ki, X3 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. X7 məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmək üçün getmişdir. Bu zaman qardaşı ilə keçmiş həyat yoldaşını bir yerdə gördükdə əsəbləşib ünvansız nalayiq ifadələr işlətmiş və postun ön şüşəsini yumruqla vuraraq qırmışdır. Polis əmakdaşları onun yanına gələrək onu sakitləşdirməyə çalışmış və RPŞ-nə dəvət etmişlər. Sonda F.Abbasova əsəbi olduğundan bu əməli törətdiyini və əməlindən peşiman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Azər Məmmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Kürdəmir RPŞ-nin girişindəki 10 saylı posda xidmətdə olarkən 1 nəfər şəxsin RPŞ-nin qarşısında ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək qapı postunda olan məntəqənin ön şüşəsini yumruqu ilə vurub sındıraraq inzibati binaya daxil olmuş, içəridə səs-küy salaraq iş fəaliyyətinə mane olmuşdur. Nöbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Kürdəmir rayonunun Şıxımlı kənd sakini X5r. xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X2 RPŞ-nin qarşısında nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin özünün etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə saat Kürdəmir Rayon Polis Şöbəsinin qarşısında nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. Bununla da, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X7 barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən İXM-in 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən X1 peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. X3 əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq və iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-918/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-918/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver