Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-92/2023 24.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, boşanmış, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Söyüdlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon məhkəməsinə daxil olmuş icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnalıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Abbasov X2 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 293/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnaliyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-293/2022 saylı icra vərəqəsinə əsasən 2 nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 120 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədi üzrə borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Borclu polis əməkdaşları vasitəsilə Kürdəmir rayon icra və probasiya şöbəsinə gətiriləndən sonra verdiyi izahatında borcunun işləmədiyi və mülkiyyətində daşınar və daşınmaz əmlakının olmadığı səbəbindən yarandığını bildirmiş, inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra 620 manat ödəniş etmiş, qalan 1660 manat borcunu isə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Söyüdlər kəndində yaşayır, lakin ünvanına gələn bildirişlərdən məlumatı olmamışdır. 24 yanvar 2023-cü ildə Kürdəmir rayon polis şöbəsindən onun telefonuna zəng edilərək, Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlməli olduğu bildirilmiş və o, həmin gün Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş və icra məmuruna verdiyi izahatında borcunun yaranma səbəblərini və bildirişlərdən məlumatsız olmasını ətraflı şəkildə izah etmişdir. Borcunu tam şəkildə ödəyə bilməsə də, inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra 620 manat tələbkara ödəniş etmiş, qalan 1660 manat borcunu isə qısa müddət ərzində ödənilməsi üçün tədbirlər görəcəkdir. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İcra məmurunun verdiyi izahatdan və iş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borcundan 620 manat ödəniş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir rayon icra və probasiya şöbəsində və eyni məzmunda məhkəmədə verdiyi izahatında onun icra məmurunun çağırışlarına gəlməməsinin əsas səbəbi ünvanına gələn bildirişlərdən ona vaxtında təqdim olunmaması ilə bağlı olmuşdur. Maddi imkansızlığı və mülkiyyətində daşınar və daşınmaz əmlakının olmadığı səbəbindən yaranmış borcunu tam şəkildə ödəyə bilməsə də, barəsində inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra 620 manat ödəniş etmiş, qalan 1660 manat borcunu isə hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bu hal da, onun icra sənədini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(041)-92/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-92/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver