Məhkəmə qərarları › İş №3(041)-920/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-920/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-920/2024 01.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakimi X1 X2 iclas katibliyi, Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri, Xanlar küçəsi ev 14A da unvanında yaşayan qonşusu Zərərçəkmiş şəxs məxsus kondisionerin mühərrik hissəsini qəsdən vurub, zədələməklə 500 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirdi ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, kondisonerin mühərrik hissəsinə vurmuş, lakin, böyük zədə yetirmədiyini, kondisonerin işlədiyini bildirmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. İş materiallarından və Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqat bölməsində Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış rədd materialından (HK-1-1292) görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi zərərin miqdarı barədə müvafiq ekspert və ya mütəxəssis rəyi alınaraq materiala və inzibati xəta haqqında protokola əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə diqqətə çatdırır ki, İXM-nin 232-1-ci maddəsinin sanksiyasına əsasən inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi şəxs təqsirli bilindiyi halda ona tətbiq ediləcək inzibati cərimə növündə tənbehin həddini birbaşa dəymiş ziyanın miqdarından asılı etmişdir. İş materiallarına isə dəymiş ziyanın miqdarı barədə müvafiq ekspert və ya mütəxəssis rəyi əlavə olunmadığından inzibati xəta haqqında protokol natamamdır və işə baxılarkən tamamlanması mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Kürdəmir Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 11 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol düzgün tərtib olunmadığından, həmçinin təqdim edilmiş materiallar natamam olduğundan və bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Kürdəmir rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 11 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar