Məhkəmə qərarları › İş №3(041)-921/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-921/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-921/2024 27.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, xx.xx.1978-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Çöhranlı kəndində qeydiyyatda olmaqla yaşayan (AZE ********) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Kürdəmir rayonu Yeni-Şıxımlı kəndində yaşayan X3 VAZ- 21060 markalı 44CF873 dövlət qeydiyyata nişanlı minik avtomobillə sutkanın qaranlıq vaxtı Kürdəmir rayonu Çöhranlı kəndində asfalt örtüklü yolda 70-80 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən Şəxs məxsus iki baş inək otlaq sahədən asfalt örtüklü yola çıxmış və inəklərdən biri avtomobilə dəyərək zərərçəkmiş şəxsə maddi zayan yetirmiş, nəticədə Şəxs tərəfindən özünə məxsus mal-qaranı yolda nəzarətsiz qoymaqla Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Şəxs və E.İ.Paşalıyevin gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; - xx.xx.2024-cü il tarixli 03 nömrəli ziyan aktından görünür ki, X2 məxsus VAZ- 21060 markalı 44CF873 dövlət qeydiyyata nişanlı avtomobilə 1273 manat maddi ziyan dəymişdir. - Şəxs Kürdəmir rayon polis şöbəsində verdiyi izahatında xx.xx.2024-cü il tarixdə saat 19.20-də özünə məxsus olan 2 baş iri buynuzlu malı yaşadığı Kürdəmir rayon Çöhranlı kəndinin içərisindəki asfalt örtüklü yolun sağ kənarı ilə aparan zaman arxadan 50-100 metr məsafədən avtomobil işiqları gördüyü üçün yoldan otlaq sahəsinə çıxdığını, bu zaman arxadan gələn avtomobilin ötürdüyü bir baş iri buynuzlu inəyi vurduğunu bildirmişdir. - X1 Kürdəmir rayon polis şöbəsində verdiyi izahatında xx.xx.2024-cü il tarixdə saat 19.30 radələrində VAZ-21060 markalı 44CF873 dövlət qeydiyyata nişanlı minik avtomobillə sutkanın qaranlıq vaxtı Kürdəmir rayonu Çöhranlı kəndində asfalt örtüklü yolda 70-80 km/saat sürətlə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olarkən Şəxs məxsus iki baş inək otlaq sahədən asfalt örtüklü yola çıxmış və bir baş dişi inəklə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da, ona maddi ziyan dəymişdir. - inzibati tənbeh etmə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan məlum olur ki, X3 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. malqaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Hazırki iş üzrə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünə məxsus mal-qaranı yolda nəzarətsiz qoymaqla yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə zərərçəkmiş şəxsin avtomobilinə 1273 manat maddi ziyan dəymişdir. Törətdiyi inzibati xətaya görə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 338.7-ci maddəsi inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşğıda həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin vurulan ziyanla bağlı hər hansı bir mübahisə yaranarsa zərəçəkmiş şəxsə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş maddi ziyanın ödənilməsi barədə zərərçəkmiş şəxsə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar