Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-924/2024 27.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, xx.xx.1963-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Kürdəmir rayonu Muradxan bələdiyyəsinin sədri, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan Nümayəndə barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay regional ədliyyə idarəsindən daxil olmuş 09 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kürdəmir rayonu Muradxan bələdiyyəsinin sədri Həsənova X3 rayonu Muradxan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 06 saylı protokolu qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec təqdim etmiş, nəticədə Nümayəndə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayonu Muradxan bələdiyyəsinin sədri Nümayəndə xx.xx.2024-cü il tarixli 06 saylı protokolu qanunvericiliklə nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinə təqdim etməmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş müddətləri pozduğu üçün Nümayəndə barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay regional ədliyyə idarəsinin rəisi X5 tərəfindən Azərbaycan Respubikası İXM-nın 549.2-ci maddəsi ilə 09 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və adiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Nümayəndə gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan Kürdəmir rayonu Muradxan bələdiyyəsinin sədri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 5.0.1-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsas sayılır. Həmin Qanunun 6.1-ci maddəsinə görə bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar və sair. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayonu Muradxan bələdiyyəsinin ümumi iclasının xx.xx.2024-cü il tarixli 06 saylı protokolundan məlum olur ki, bələdiyyənin həmin iclasında gündəlik məsələ kimi Bələdiyyənin hesabından xərclərin ödənilməsi üçün vəsaitin ayrılması barədə məsələ müzakirə edilərək qərar qəbul edilmişdir. Bələdiyyənin qeyd edilən qərarı (protokolu) “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.4-cü maddəsində qeyd edilən yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlara aid hesab edildiyindən, həmin protokolun surəti qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməli olduğu halda, protokol xx.xx.2024-cü il tarixdə Göyçay regional ədliyyə idarəsinə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə görə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Həsənova X1 qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq Göyçay regional ədliyyə idarəsinə göndərilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Nümayəndə törətdiyi inzibati xəta inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Nümayəndə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyəm edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan Kürdəmir rayonu Muradxan bələdiyyəsinin sədri Nümayəndə şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində iznibati xəta haqqında iş üzrə icraat aparılan Kürdəmir rayonu Muradxan bələdiyyəsinin sədri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-924/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-924/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver