Məhkəmə qərarları › İş №3(041)-925/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-925/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-925/2023 16.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu , Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə xx.xx.1966-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu Ərəbxana kəndində qeydiyyatda olan- Şəxs barəsində Kürdəmir RPŞ-i tərəfindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2021-ci il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinin 3-cü bəndinin tələblərini pozaraq özünə məxsus qaramalı aspfalt-beton örtüklü yolda sahibsiz buraxmış və Kürdəmir-Zərdab yolunda hərəkətdə olan «QAZ A31R32-80” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində «QAZ A31R32-80” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3520 manat ziyan dəymişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibari icraat açılmış şəxs Şəxs və «QAZ A31R32-80” markalı, **-HZ-*** qeydiyyat nişanlı avtomobilinin sahibi, Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinəəsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 62.4-cü maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarına əlavə edilmiş barəsində inzbati icraat açılmış şəxs Şəxs izahatında göstərmişdir ki, o,fərdi əməklə mşğul olmaqla bərabər fərdi yaşayış evinin həyətyanı sahəsində 7 baş iribuynuzlu heyvan saxlayır. Həmin heyvanları gündüzlər tövlədən çıxararaq həyətə buraxır. xx.xx.2023-cü il tarixdıə o,7 baş iribuynuzlu heyvanlardan biri həyət qapısının açıq olması səbəbindən həyətdən çıxaraq Ərəbxana kəndi ərazisinə getmiş və qaranlıq vaxtı hıəyətə qayıdarkən Kürdəmir-Zərdab yolunda həmin boğaz düyənini avtomobil vurmasını bilmişdir. Hadisə nəticəsində «QAZ A31R32-80” markalı, **- HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə,saat təxminən 20.30 radələrində etibarnamə əsasında idrə etdiyi «QAZ A31R32-80” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Kürdəmir-Zərdab yolunda Kürdəmir rayonuƏrəbxana kəndi ərazisindən keçən hissəsi ilə üzü Zərdab rayonu istiqamətində sutkanın qaranlıq vaxtı,asfalt-beton örtüklü yol ilə öz yolunda saatda 60 km sürətlə hərəkətdə olan zaman anidən yolun sol kənar hissəsindən yolun ortasına iri buynuzlu,2 baş qara rəngli inək çxdığı üçün o, həmin heyvanları vurmamamq üçün əyləcdən istifadə etsə də,lakin məsafə az olduğundan avtomobil bir qədər sürüşərək həmin heyvanlardan biri ilə toqquşaraq dayanmışdır. Bundn sonra o,dərhal avtomobildən yerə enmiş və toqquşmuş olduğu heyvanın yoldan çıxdığını və can verdiyini görmüşdür. Daha sonra isə o,ətrafa boylanan zaman heyvanların asfalt-beton örtüklü yola sahibsiz çıxdıqlarının və sahibinin ətrafda olmadığını müəyyən etdikdən sonra baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir.Baş vermiş hadisə zamanı heç bir bədən xəsarəti almamış.lakin qəza nəticəsində avtomobilinə maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş “Avtomobillərə texniki xidmət məntəqəsinin arayışında «QAZ A31R32-80” markalı, **-HZ-*** qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2941(iki min doqquz yüz qırx bir) manat ziyan dəyməsi göstərilmişdir. Şəxs əməli barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, onun özünə maddi ziyan dəyməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 80 (səksən) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar