Məhkəmə qərarları › İş №3(041)-927/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-927/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-927/2023 06.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdəssat 17 radələrində Kürdəmir rayon polis əməkdaşları ilə mübahisə edib onların ünvanına küçə söyüşləri söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək arvadını evə geri qaytarmadıqları üçün onları təhqir edərək ünvanlarına nalayiq ifadələr işlətmiş və bu hərəkətlərini gün ərzində davamlı olaraq təkrar etmişdir. Xidmətdən daxil olmuş məlumata əsasən polis əməkdaşları onun yaşadığı ünvana gedərək izahat verməsi üçün polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Şəxs polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə tabe olmamış, onun səsinə yığılməş qonşuların iradlarına baxmayaraq ictimai qaydanı pozmuşdur. Qanuna zidd hərəkətlərini davam etdirdiyi üçün onu məcburi qaydada polis şöbəsinə apararaq izahatı alınmış, barəsində Azərbaycan Respubikası 510-cu maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Muğanlı kəndində yaşayır, bir müddət əvvəl arvadı evi tərk edərək öz valideynlərinin yanına getdiyinə görə nə edəcəyini bilmədiyindən bir neçə dəfə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermişdir. Axrıncı dəfə həmin mövzu ilə bağlı yenidən DİN-nin 102 xidmətinə zəng edib, onlara əsəbiləşdiyi üçün xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlib baş verənləri aydınlaşdırdıqda mübahisənin mülki xarakteri olduğunu izah edərək izahat veməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərkən evdən küçəyə çıxdıqda əsəbi olduğunu üçün yüksək səslə ünvansız nalayiq ifadələr işlətmişdir, nalayiq ifadələri polis əməkdaşlarına qarşı olmayıb. Həmin vaxt küçəyə toplaşmış qonşuları onları izləmişlər. Şəxs izahatının sonunda etdiyi hərəkətin düz olmadığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AZA000234 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 19.00-da inzibati qaydada tutulmuşdur. Şəxs törətdiyi inzibati xəta özünün etirafı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın şəxsiyyətini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2023-cü il saat 19.00-dan hesablanmalıdır. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar