Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-928/2024 17.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2070702 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq üzərində narkotik vasitə daşımış, saxlamış və qəbul etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ərazidə oğurluq hadisəsi olduğuna görə polis əməkdaşları qonşu evlərə, o cümlədən onun yaşadığı ünvan 1 ünvanına baxış keçirmiş və axtarış zamanı evin həyətindən 1 ədəd yaş vəziyyətdə təmiz çəkisi 35.0 qram olan narkotik tərkibli çətənə bitkisini aşkar edərək götürmüşlər. Arabir qurudulmuş marixuanadan istifadə etdiyi üçün aşkar edilərək götürülmüş bitkini öz istifadəsi üçün yetişdirmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilənləri qəbul edir. Ş.M.Baxşıyev izahatının sonunda əməlindən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 18/777 nömrəli, xx.xx.2024-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsinin verdiyi ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərindəki ağ kağızda “İldrım Baxşıyevin həyatyanı sahəsindən” sözləri yazılmış və imzalar yazılmış olan polietilin torba bükülüdəki 1 ədəd yaş vəziyyətdə təmiz çəkisi 35.0 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata 0.05 qram sərf olundu və qalıq 34.95 qram qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərarda qeyd edilən Kürdəmir DAİMdə bitkiçilik sektorunun müdürü Qorxmaz Şükürovun verdiyi rəydən görünür ki, Şəxs yaşadığı evin həyətində yerləşən ağacın içərisindən 01 ədəd bitki, tərkibində narkotik maddələr olan çətənə bitkisidir və həmin bitkiyə aqrotexniki qaydada qulluq edilmiş, dibləri boşaldılmış, peyn və su verilmişdir. Şəxs əməli özünün etirafı, xx.xx.2024-cü il tarixli ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2024-cü il tarixli, MN2070702 nömrəli inzibati xəta haqqında protokol cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən tərtib edildiyi halda, qərarda Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə tövsif edildiyi halda, inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə inzibati xəta texniki səhv olaraq həmin Məcəllənin 206-cı maddəsi kimi göstərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Ş.M.Baxşiyevin ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, 1 ədəd yaş vəziyyətdə tədqiqata istifadə edildikdən sonra qalmış təmiz çəkisi 34.95 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş və 1 ədəd yaş vəziyyətdə tədqiqata istifadə edildikdən sonra qalmış təmiz çəkisi 34.95 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-928/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-928/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver