Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-929/2023 25.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs ŞəxsASC-nin rəhbəri X5 və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1969-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ŞəxsASC-nin rəhbəri, Kürdəmir rayonu Şahsevən kəndində yaşayan- ŞəxsASC-nin rəhbəri X2 barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs ASC-nin rəhbəri X5 məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək müəyyən olunmuş müddətdə icra sənədini qəsdən üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, Şəxs ASC-nin rəhbəri X5 qəsdən Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(041)-555/2018 saylı icra sənədini icra etməmiş və barəsində xx.xx.2023-cü il tarixdə AR. İXM-nin 528.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X6 göstərdi ki Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(041)-555/2018 saylı icra vərəqəsinə əsasən ŞəxsASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən müəsissəinin rəhbəri X3 icra sənədi üzrə borcun ödənilməsi tələb edilsə də o, müxtəlif bəhanələrlə icra sənədni icra etməmiş və icra məmurunun qanuni tələblərinə əhəmiyyət verməyək İcra şöbəsinə gəlməmişdir. Hesab edir ki, X5 qərəzli olaraq dövlət adından çıxarılan qərar icra etmir. Odur ki, Şəxs ASC-nin rəhbəri X5 barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs ŞəxsASC-nin rəhbəri X5 izahat verərək göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 2018-ci il tarixli icra sənədindən məlumatı vardır. Buna baxmayaraq, həmin müəsissənin ona heç bir aidiyyəti yoxdur. Belə ki, Şəxs ASC 2015-ci il tarixdə notarial qaydada başqa şəxsə satılmışdır. Faktiki olaraq da 2015-ci il tarixdən qeyd edilən şirkətin rəhbəri başqa şəxsdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol tam əsassızdır və rədd edilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs ASC-nin rəhbəri X2 əməlində inzibati xəta tərkibi vardır. Belə ki, Kürdəmir rayon məhkəməsinin Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(041)-555/2018 saylı icra vərəqəsinə əsasən ŞəxsASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Kürdəmir rayon məhkəməsinin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun tələbini üzrsüz səbəbdən qəsdən yerinə yetirməmiş məhkəmənin 27..12.2018-ci il tarixli,3(041)555/2018 saylı icra vərəqəsini qərəzli olaraq icra etməmişdir. Barəsində inzibati icraat açılmış hüquqi şəxs Şəxs ASC-nin rəhbəri qeyd edilən şirkətin 2015-ci il tarixdə notarial qaydada satıldığını və həmin müəsissəinin rəhbərinin tamamilə başqa bir şəxs olduğunu bildirsə də bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, qeyd edilən müəsissəinin rəhbəri X4r. ŞəxsASC-nin rəhəbri X5 dolayı yolla icra vərəqəsinin icrasına maneçilik törətdiyini ifadə edir. Ona görə də məhkəmə hesab edir ki, onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliaksı Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli,**********295600 nömrəli və Kürdəmir rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubundan görünür ki, X5 baza məlumatlarında kommersiya qrumunun hüquqi və faktiki ünvanı Kürdəmir şəhəri,Bakı prospekti,ev 1 olmaqla rəhbəri X5 olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə portaldan çıxarılan çıxarışdan görünür ki, “VÖEN ********** nömrəli “Kürdəmir-Tikinti-Təmir ASC-nin rəhbəri X4r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində və qeyd hissəsində göstərilir ki, Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. ŞəxsASC-nin rəhbəri X2 törətdiyi inzibati xətanın xarakterini, onun əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs ASC-nin rəhbəri X5 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 1200 (bir min iki yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-929/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-929/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver