Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-929/2025 30.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Həsənova Gülnar Fikrət qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan (FİN- xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən xx.xx.2025-ci il tarixdə saat 17:50 radələrində Kürdəmir rayonu, Atakişili kənd sakini Şəxs məxsus 1 baş inək Kürdəmir rayonu, Atakişili kəndi ərazisindən keçən Ağsu-Kürdəmir avtomagistral yolunda nəzarətsiz qalaraq yola çıxması nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi Kira sorento markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin inəyi vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs idarə etdiyi Kia sorento markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə 3.300 manat ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, ailəsi yoxdur, tək yaşayır, şəkər xəstəsidir, heyvanı məşğuliyyət kimi saxlayır. Həmin günü inəyini otlaması üçün küçəyə çıxarmış, günorta abed vaxtı olduğu üçün evə çörək yemək üçün getmiş və qayıdan zaman heyvanın yerində olmadığını görmüş, axtarmış, lakin tapmamışdır. Hadisənin səhəri günü yenidən heyvanı axtarmağa çıxmış, inəyinin Atakişili məktəbinin həyətində otlamasını nəzərə alaraq ora getmiş və qarşısına çıxan bir nəfər ona inəyini maşın vurduğunu bildirmiş, daha ətraflı öyrənməsi üçün onu qəssabxanaya göndərmişdir. Qəssaba yaxınlaşıb inəyini soruşmuş və ona məlum olmuşdur ki, heyvan çöllük ərazi deyilən yerə getmişdir, bu zaman ona polis şöbəsinə getməsini bildirmişlər. Həmin günü polis şöbəsinə getmiş, izahat vermiş və ona inəyini götürüb aparmasını bildirmişlər. Qəza nəticəsində inəyi ayağından zədələnmiş, hal-hazırda bir qədər yaxşılaşmışdır. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxmini 17:50 radələrində özünə məxsus idarə etdiyi Kia sorento markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə 50-60 km/saat sürətlə Kürdəmir rayonundan yaşadığı Mürtülü kəndinə qayıdan zaman Atakişili məktəbinin qarşısından keçmiş, həmin vaxt uşaqların dərsdən çıxma vaxtı olmuş, bu zaman Ağsu-Kürdəmir avtomagistral yolunda qarşısına nəzarətsiz qalaraq 1 baş inək heyvanının qaçaraq çıxması nəticəsində yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində onun avtomobilinə 4500-5000 manat ziyan dəymişdir. Şəxs tək yaşadığını bilir, dəymiş ziyanı istəmir, heç bir şikayət və tələbi yoxdur. Baş vermiş hadisə ilə bağlı ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:50 radələrində Kürdəmir rayonu, Atakişili kənd sakini Şəxs məxsus bir baş inək Kürdəmir rayonu, Atakişili kəndi ərazisindən keçən Ağsu-Kürdəmir avtomagistral yolunda nəzarətsiz qalaraq yola çıxamsı nəticəsində X2 idarə etdiyi Kia sorento markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin inəyi vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı X1 idarə etdiyi Kia Sorento markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilə 3.300 manat ziyan dəymişdir. Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru X3 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir; xx.xx.2025-ci il tarixli, 04 №-li ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs ümumi dəymiş ziyan 3300 manat təşkil edir; Azərbaycan Respublikasının İXM-nin 338.5-ci maddəsinə görə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə, qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, həmçinin vurulan ziyanla bağlı tərəflərə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Maddi ziyanla bağlı tərəflərə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-929/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-929/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver