Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-931/2023 09.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.55-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şilyan kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Şilyan kəndində X1 həyətinə sərxoş vəziiyyətdə girməklə ictimai qaydanı pozmuşdur. Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı,polis mayoru Aqil Əhmədovun raportu əsasında Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, həmin günü yəni xx.xx.2023-cü il tarixdə içkili olmuş və qonşunun həyətinə girərək pəncərən baxmışdır. Hazırda əməlindən peşmandır, o, zərərçəkmiş Polad Fərmanovdan üzr istəmişdir və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında dindirilmiş protokol tərtib edən Kürdəmir RPŞ İTB-nin inspektoru X2 ifadəsində göstərdi ki xx.xx.2023-cü il tarixdə növbətçi hissədə olmuş və Kürdəmir rayon Şilyan kənd sakini X1 Azərbaycan Respublikası DİN-nin 102 xidmət mərkəzinə etdiyi şikayət əsasında, Kürdəmir RPŞ NMQ-d əməliyyat müvəkkili vəzifəsindəişləyən Aqil Kərimovla birlikdə həmin ünvana getmiş və şikayətçini dinlədikdən sonra onun təqdim etdiyi video diskə baxış keçiridikdən sonra Şəxs həqiqətən də gecə saatlarında yarıçılpaq vəziyyətdə qonşuları Polad Fərmanovun yaşadığı həyətə girərək pəncərədən boylandığı məlum olmuşdur. Polad Fərmanovun şikayəti əssında Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırılma aparılmış, onun əməlidə cinayət tərkibi müəyyən edilmədiyi üçün Kürdəmir RPŞ-nin təhqioqatçısı Aqil Əhmədv tərəfində xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılması rədd edilərək barəsində inzibati txəta haqqında protokol tərtib edilməsi üçün Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. Şəxs barəsində protokol tərtib edildikdən sonra zərərçəkmiş şəxs Polad Fərmanoval telefon əlaqəsi saxlanılmış və o, hazırda rayon ərazisindən kənarda olduğu üçü məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmənin təşəbbüsü ilə zərərçəkmiş şəxs X1 istifadəsində olan ***-***-**-** nömrəli telefonla əlaqə saxlanılmış və o,ifadəsində Şəxsla barışmadığını, Şəxs öz hrəkətləri ilə onun ailəsini dağıtdığını özünün rayon ərazisindən kənarda olduğunu və Şəxs ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı,Kürdəmir RPŞ İTB-nin inspektoru Fəhmin Kərimlinin, zərərçəkmiş şəxsin ifadəsi, hadisənin baş vermə şəraitindən, habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlindən peşman olasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, tərəflər arasında belə halların dəfələrlə təkrar olunmasını və belə halların qarşısını almaq üçün məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 09 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-931/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-931/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver