Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-932/2023 09.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7 Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon ərazisində ictimai qaydanı pozaraq ucadan ünvansız nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi B.B.Cahanov izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kənd sakini X5 DİN-nin 102 xidmətinə zəng vuraraq oğlu Şəxs sərxoş halda evdə münaqişə yaratdığını bildirmişdir. Qeyd olunan ünvana əməliyyat-istintaq qrupunun üzvləri getmiş, Şəxs əvvəl yaşadığı evdə və sonra küçədə ucadan ünvansız nalayiq ifadələr işlədib dava -dalaş yaratdığı üçün onu məcburi qaydada polis şöbəsinə gətirərək izahatını almışlar. Toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdənahar edərkən bir qədər spirtli içki qəbul etmişdir, həmin gün saat 14 radələrində əmisi oğlu Niyazi Umudovla sözləri düz gəlmədiyindən aralarında mübahisə baş vermiş, mübahisə vaxtı əsəbləşdiyi üçün yaşadığı evdə və sonradan küçəyə çəxəb küçədə yüksək səslə danışaraq ünvansız nalayiq ifadələr işlətişdir. Səsəküyə qonşular oraya toplaşmışdır. Ailə üzvləri mübahisəni sakitləşdirə bilmədikləri üçün atası X5 DİN-nin 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermişdir. Həmin vaxt oraya gələn polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək izahat vermiş, polis əməkdaşlarına qarşı heç bir xoşa gəlməz hərəkətlər etməmişdir. Şəxs izahatının sonunda etdiyi hərəkətin düz olmadığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, Kürdəmir RPŞ-da sahə polis nəfəri işləyir, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kənd sakini X3 DİN-nin 102 xidmətinə etmiş olduğu şikayətlə bağlı qeyd edilən ünvana getmişlər, orara Şəxs sərxoş halda evdə münaqişə yaratdığını görmüşlər. Şəxs əvvəl yaşadığı evdə və sonra küçədə ucadan ünvansız nalayiq ifadələr işlədib dava-dalaş yaratdığı üçün onu məcburi qaydada polis şöbəsinə gətirərək izahatını almışlar. Səsə-küyə qonşular oraya toplaşmışdır. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın şəxsiyyətini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-932/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-932/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver