Məhkəmə qərarları › İş №3(041)-934/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-934/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-934/2023 24.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq departamentindən daxil olmuş Şəxs X6 (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq departamentindən daxil olmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs X6 Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2- 5558/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmiş, nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, nümayəndəsi olduğu cəmiyyətdə baş mühasib vəzifəsində işləyir. Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq departamenti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola etirazları yoxdur, çünki 2022-ci ilə dair emitentin illik hesabatı qanunla müəyyən olunmuş müddət ərzində Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilməmişdir. Bütün bunları nəzərə alaraq, Şəxs ASC-nin barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasınının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi təyin edilmiş məhkəmə iclasına heç bir üzrlü səbəb bildirmədən gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara əsasən müəyyən edildi ki, hüquqi şəxs Şəxs ASC tərəfindən qeyd edilən tələblərə riayət edilmədiyi üçün Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq departamenti tərəfindən hüquqi şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin dispozisiyasına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulub. Şəxs X4 Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-5558/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2022-ci ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməməsi nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə mübahisəsiz olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs ASC (VÖEN **********, ünvan: ünvan 1sinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 (bir min beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar