Məhkəmə qərarları › İş №3(041)-935/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-935/2023

11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-935/2023 11.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Kürdəmir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, ŞO-60 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1832207 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03 radələrində Kürdəmir şəhəri Babək küçəsində saxlanılaraq Kürdəmir RPŞ-ya gətirilib üzərində şəxsi axtarış keçirilənkən üzərindən narkotik maddə olan qurudulmuş marixuana götürülmüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki Şəxs narkotik vasitələrin qəbul etməsində şöbhəli olduğundan,xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Kürdəmir şəhəri Babək küçəsində saxlanılaraqKürdəmir rayon polis şöbəsinə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan şalvarın cibindən bir ədəd selofan bükümdə təmiz çəkisi 0.19 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hərəkətlərində cinayət tərkibi olmadığı üçün Kürdəmir RPŞnın İB-nın müstəntiqi Əlvan Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, bir müddət olarki narkotik maddə olan marixuana istifadə edir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Koroğlu küçəsi ilə gedərkən yerdə bir ədəd selofan büküm diqqətini çəkmiş, bükümü gyerdən götürüm içərisinə baxdıqda qurudulmuş marixuana olduğunu görmüş və özü istifadə etmək üçün cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Kürdəmir şəhər ərazisində gəzərkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitə istifadə etməkdə şübəli olduğunu bildirib, onu polis şöbəsinə aparmışlar. Kürdəmir rayon polis şöbəsində könüllü olaraq şalvarının cibində saxladığı içində narkotik vasitə marixuana olan 01 ədəd selofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfində elektron tərəzi ilə çəkildikdə çəkisinin 0.19 qram olduğu müəyyən edilmişdir. Şəxs izahatının sonunda əməlindən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş 18/983 nömrəli, xx.xx.2023-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsinin verdiyi ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.. Şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyinə bükülmüş “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0.19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birtkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0.02 qram sərf olundu və qalıq 0.17 qram qalmışdır. Şəxs əməli özünün etirafı, xx.xx.2023-cü il tarixli ekspert rəyi, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş, AZA000236 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00da inzibati qaydada tutulmuşvə xx.xx.2023-cü il tarixdə saat 10.00-da azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, narkotik vasitə olan qrudulmuş marixuana məhv edilməlidir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 300 (üç yüz əlli) manat cərimə saxlanılsın. Şəxs üzərindən aşakar edilərək götürülmüş və tədqiqata istifadə edildikdən sonra qalmış 0.17 qram qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar