Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-936/2023 11.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayon Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1832197 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında tərkibində narkotik maddələr olan 1 ədəd ümumi çəkisi 1100.0 qram çəkidə yaş vəziyyətdə çətənə (kannabis) kolunu qanunsuz olaraq həyətində əkib becərmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında tərkibində narkotik maddələr olan 1 ədəd ümumi çəkisi 1100.0 qram çəkidə çətənə (kannabis) kolunu qanunsuz olaraq həyətində əkib becərmiş, hərəkətlərində cinayət təqibi olmadığı üçün Kürdəmir RPŞ-nın İB-nın müstəntiqi Allahverdi Osmanov tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol digər iş materialları ilə aidiyyati üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Mollakənd kəndində yaşayır, fərdi əməklə məşğul olur, özü narkotik maddə olan marixuana istifadəçisidir. Bir müddət əvvəl yaşadığı evin həyətində yerləşən ağacın içərisindən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında 1 ədəd çətənə (kannabis) kolunu əkib və həmin bitkiyə aqrotexniki qaydada qulluq etmişdir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gəlib özlərini təqdim edəndən sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəkələrini bildirmişlər. Ona hüquq və vəzifələri izah olunandan sonra hal şahidlərinin iştirakı ilə həyətinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətində əkdiyi 1 ədəd çətənə kolunu aşkar edərək götürülmüşdür. Bundan sonra belə nöqsanlara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 18/846 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin X2 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “..Şəxs yaşadığı evin həyatyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamada 1 ədəd yaş vəziyyətdə təmiz çəkisi-1100.0qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Tədqiqata 0.1 qram sərf edilmiş, qalıq 1099.9 qram qalmışdır. Aqronomun(mütəxəssisin rəyinə əsasən təqdim olunmuş bitkiyə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilən Kürdəmir DAİM-də bitçilik sektorunun müdürü Qorxmaz Şükürovun verdiyi rəydən görünür ki, Şəxs yaşadığı evin həyətində yerləşən ağacın içərisindən 01 ədəd bitki tərkibində narkotik maddələr olan çətənə bitkisidir, həmin bitkiyə xüsusi aqrotexniki qaydada qulluq edilmiş, dibləri boşaldılmış, peyin və su verilmişdir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarında tərkibində narkotik maddələr olan 1 ədəd ümumi çəkisi 1100.0qram çəkidə çətənə (kannabis) kolunu qanunsuz olaraq həyətində əkib becərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir, həmçinin 1 ədəd narkotik xassəli çətənə kolu məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Şəxs yaşadığı evin həyətindən aşkar edələrək götürülmüş və tədqiqatdan sonra qalmış ümumi çəkisi- 1099.9 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisi qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-936/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-936/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver