Məhkəmə qərarları › İş №3(041)-938/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-938/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-938/2023 25.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin ica məmuru X1 iştirakı ilə xx.xx.1979-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qarasu kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2 göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-943/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs kredit müqaviləsi üzrə 3314,8 manat pul tutularaq "xxxx"İKB ASC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin onun 3064 manat borcu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətirildikdən sonra məhkəmə tərəfindən ona verilən vaxt ərzində o, borcundan 60 manat ödəmiş,qalan borcu da hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)- 943/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 3314,8 manat pul tutularaq "xxxx"İKB ASC-yə ödənilməsi qət edilmişdir. Özü və həyat yoldaşı xəstə olduğu üçün işləməmiş və onun borcu yaranmışdır. Barəsində protokol tərtbi edildilib məhkəməyə gətirildikdən sonra məhkəmə tərəfindən ona vaxt verilmiş və həmin vaxt müddətində o,tələbkarla 60 manat ödəmiş və qalan borcunu da tezliklə ödəyəcəkdir. O, məsuliyyətini başa düşür və məhkəmə qərarına hörmətlə yanaşır. Odur ki, barəsində tərtib olunmuş inzibati materiala xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru Mikayıl Şəldiyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-943/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs kredit müqaviləsi üzrə 3314,8 manat pul tutularaq "xxxx"İKB ASC-yə ödənilməsi qət edilmişdir. İcra vərəqi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu ifadəsində özünün və həyat yoldaşının xəstəliyi səbəindən işləmədi üçün borcu yarandığını göstərmişdir. Barəsində inzibati xəta haqında protokol tərtib edildilib məhkəməyə gətirildikdən sonra məhəmə tərəfindən ona verilmiş vaxt ərzində borcundan 60 manat ödəmiş, qalan borcunu da tezliklə ödəyəcəyinə söz vermişdir. Borclu Şəxs məsuliyətini başa düşdüyünü və məhkəmə qərarına hörmətlə yanaşdığını bildirir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmiş və icra sənədi üzrə borcundan ödəniş etmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar