Məhkəmə qərarları › İş №3(041)-939/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-939/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-939/2023 24.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X10, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi ailəli, Kürdəmir RPŞ PPXB-nin polis nəfəri, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon prokurorluğundan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon prokurorluğundan daxil olmuş, Kürdəmir rayon prokuroru, baş ədliyyə müşaviri Tural İbrahimovun xx.xx.2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlaması haqqında” qərarı və ona əlavə edilmiş materiallara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində xx.xx.2023-cü il tarixli müvafiq əmrlə ona təhkim edilmiş “Fiat Doblo” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kürdəmir şəhəri, Vaqif küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, qarşıdan yolun sol tərəfindən “Mercedes Benz E220” markalı avtomobilin dönmə əməliyyatı apararaq onun hərəkət zolağına çıxması, hərəkəti üçün təhlükə yaratması, bununla əlaqədar sürücü Şəxs idarə etdiyi avtomobili sola istiqamətləndirərək əks hərəkət zolağına çıxması və bu zaman “Mercedes Benz E220” markalı avtomobilin yenidən öz zolağına qayıtması nəticəsində həmin avtomobillə toqquşmuş, nəticədə avtomobildə olan polis əməkdaşı Zərərçəkmiş şəxs2 sağlamlığın pozulmasına səbəb olmayan dərəcəsi təyin edilməyən xəsarət, “Mercedes Benz E220” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Niyazi oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, 2020-ci ildən Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri işləyir, ona təhkim olunmuş “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili AE962095 nömrəli sürücülük vəsiqəsi əsasında xidmətdə olduğu vaxtlarda idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:00-dan xx.xx.2023-cü il tarixdə saat 09:00-a qədər polis əməkdaşları Feyruz Məmmədov və Zərərçəkmiş şəxs2la birlikdə Kürdəmir rayonu Vaqif küçəsi və Bakı prospekti üzrə xidmətdə olan zaman saat 23:30 radələrində idarə etdiyi “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı polis avtomobili ilə Kürdəmir rayonu Mollakənd kəndi istiqamətindən Kürdəmir şəhəri “dörd yol” adlanan əraziyə doğru – Vaqif küçəsi ilə təxminən 80-90 km/saat surətlə hərəkətdə olarkən anidən “Mercedes Benz” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun əks istiqamətində yerləşən “Oba market”-in qarşısından onun hərəkət etdiyi yol istiqamətinə döndüyünü görmüşdür. Həmin vaxt 1.3 nişanlanma xəttini kəsib yolun əks istiqamətinə çıxaraq həmin nəqliyyat vasitəsini soldan ötmək istəmiş, həmin nəqliyyat vasitəsi də onunla eyni istiqamətə çıxan kimi sola dönərək küçəyə girmək istəyərkən yolun ortasında həmin avtomobili sol tərəfindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində avtomobilin təhlükəsizlik yastıqları açıldığından o heç bir xəsarət almamışdır. İdarə etdiyi avtomobildə arxa oturacaqda əyləşmiş polis əməkdaşı Zərərçəkmiş şəxs2 qəza anında üzü qabaq oturacağın başlıq hissəsinə arxadan dəymiş və nəticədə üzünün sağ tərəfindən xəsarət almışdır. Feyruz Məmmədov qabaq sərnişin oturacağında əyləşmiş, qəza nəticəsində hər hansı xəsarət almamışdır. “Mercedes Benz” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü Zərərçəkmiş şəxs1 Niyazi oğlu yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığından Kürdəmir RMX-na aparılmışdır. Sonradan hadisə vaxtı qazadan yayınmaq istəyərkən öz avtomobili ilə yolun kənarında dayanmış Kürdəmir şəhər sakini X6 ayağının üstünə çıxdığını hiss etmiş, lakin Cədər hər hansı xəsarət almadığını bildirmiş və məhkəmə-tibb ekspertizasından keçmək istəməmiş, həmçinin hər hansı tibb müəssisəsinə müraciət etməmişdir. Hazırda dəymiş ziyanla bağlı zərərçəkmiş şəxlərlə öz aralarında razılıq əldə etmişlər, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur.Şəxs izahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxslər X8 və Zərərçəkmiş şəxs2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə C.Y.Əhmədovun və Zərərçəkmiş şəxs2 gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlaması haqqında” qərara əlavə edilmiş: - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 374 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Niyazi oğlunun bədən səthində aşkar olunan xəsarətlər – sol bazu oynağının kapsul – bağ aparatının gərilməsi – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 10 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 392 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarət – sağ almacıqda qançır – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 10 avqust 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığın pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilmir. - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 393 saylı rəyindən görünür ki, Şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 394 saylı rəyindən görünür ki, X3 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. - məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2526 nömrəli rəyindən görünür ki, “Mercedes Benz E220” markalı, 90VM967 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Niyazi oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbləri arasında uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin “Fiat Doblo” markalı, 99AP890 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri arasında uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Kürdəmir RMX Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs və Cəbrayılov X4 RMX PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - Kürdəmir rayon X7 hüquqi şəxsinin 11 avqust 2023-cü il tarixli, 258 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, hadisə zamanı Şəxs avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. - Kürdəmir rayon X7 hüquqi şəxsinin 11 avqust 2023-cü il tarixli, 259 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 Niyazi oğlu avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. - X2 Xidmət məntəqəsinin mütəxəssisi tərəfindən verilmiş arayışa əsasən Zərərçəkmiş şəxs1 Niyazi oğlunun idarə etdiyi Mercedes Benz E220 markalı 90VM967 nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə baş vermiş qəza nəticəsində təmirə yararsız vəziyyətdədir. - X2 Xidmət məntəqəsinin mütəxəssisi tərəfindən verilmiş arayışa əsasən Şəxs idarə etdiyi Fiat Doblo markalı 99AP890 nömrə nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş qəza nəticəsində ümumilikdə 2950 manat ziyan dəymişdir. - Kürdəmir RPŞ-nin DYPB-nın 27 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Kürdəmir şəhəri Vaqif küçəsində maksimum sürət həddi 60 km/saatdır. Küçənin məlum yol-nəqliyyat hadisəsinin baş verdiyi yol sahəsində 1.3 üfüqi nişanlanma xətti vardır, lakin mövcud xətt solğundur. - Kürdəmir RPŞ-nın xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 06 iyun 2023-cü il tarixli 3- 13-86/Ə365/2023-cü il tarixli əmrin surətindən görünür ki, Fiat Doblo markalı **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil PPXB-nin polis nəfəri, polis serjantı Şəxs təhkim edilmişdir. - Kürdəmir RPŞ-nın xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Kürdəmir RPŞ-nin DYPB-nin YPX inspektorları tərəfindən sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün X1 Kürdəmir RPŞ-nə gətirilmiş, gətirildikdən sonra RPŞ-nin inzibati binasında polis əməkdaşlarını söyüb təhqir etmiş və onların qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da növbətçi hissənin iş rejimini pozmuşdur. Həmin şəxsin hüquqazidd əməllərinin qarşısının alınması və normal iş rejiminin təmin olunmasında köməklik göstərilməsi məqsədilə **-AP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə ərazidə xidmətdə olan PPX naryadı məsul növbətçi tərəfindən təcili olaraq RPŞ-nə çağırılmışdır. PPXB-nin əməkdaşları tələsərək polis şöbəsinə gələrkən Kürdəmir şəhəri Vaqif küçəsində Mercedes Benz markalı avtomobil ilə toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar