Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-942/2023 18.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Şahsevən kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi A.Ə.Ağayev izahatında bildirdi ki, Kürdəmir rayonu, Şahsevən kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü ildə ərizə ilə Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək əri Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Şikayət ərizəsi qeydiyyata alınaraq, təhqiqat aparılması üçün Kürdəmir RPŞ-nın TB-nın təhqiqatcısı Elçin Əzizovun icraatına verilmişdir. Aparılmış araşdırma zamanı onların izahatları alınmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixdə cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-nın İctimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, Zərərçəkmiş şəxs onun arvadıdır, münasibətləri əvvəllər normal olmuş, lakin sonradan aralarında narazılıq yaranmışdır, buna səbəb arvadının onu saymaması və ər kimi hörmət etməməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə sözləri düz gəlmədiyindən aralarında mübahisə düşmüş, mübahisə vaxtı əsəbləşdiyi üçün arvadını şillə ilə vurmuşdur. Mübahisədən sonra arvadının onun barəsində şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etdiyini eşitmişdir. Polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə getmiş, izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmaq niyəti yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əridir, uzun müddətdir ki, aralaırnda narazılıq vardır. Belə ki, əri Şəxs ruhi xəstəlik əlamətləri olduğundan dəfələrlə evdə mübahisə yaradaraq onu söyüb təhqir edərək döymüşdür. Axrıncı dəfə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadıqları evdə olan zaman Zamin onunla mübahisə etməyə başlamış və mübahisə vaxtı nalayiq ifadələr işlədərək onu yumruq və təpiklə vuraraq döymüşdür. Həmin vaxt evə ondan və Zamindən başqa heçkim olmamışdır. Mübahisədən sonra Şəxs hərəkətlərindən şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Bu halların gələcəkdə təkrar olunmaması üçün Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 478 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilim xəsarətlər- sağ sağrı, sağ bud, sol kürəkaltı və sol bazu nahiyyələrində qançır küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 478 nömrəli rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla, habelə işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alınaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-942/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-942/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver