Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-943/2025 23.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, İsayev Orxan Mahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Kürdəmir rayonu ərazisində avtoservisdə çilingər işləyir. İşlədiyi yerin yaxınlığındakı zibil qutusundan çekləri yığarkən polietilen büküm görmüş, həmin bükümü götürmüş və içərisinə baxdıqda "nəşə", yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra həmin bükümü cibinə qoyub, üzərində saxlamışdır. Bundan təxminən 2 gün sonra Kürdəmir rayonu ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan göy rəngli şalvarının sağ ön cibindən 01 ədəd bükümü çıxarıb təqdim edərək, içərisində "nəşə olduğunu bildirmişdir. Bundan sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Şəxs ilk dəfə inzibati xəta törətdiyini, əməlindən səmimi peşimançılıq çəkdiyini nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: - məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/597 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “..Şəxs üzərindən.." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1316 saylı rəyinə əsasən Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş, Kürdəmir rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı X1 cinayət işi başlanmasının rədd edilməsi haqqında 15 sentyabr 2025-ci il tarixli qərarında göstərilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamasında və daşımasında, həmçinin istifadə etməsində şübhəli bilindiyi üçün, xx.xx.2025-ci il tarixdə, saat 22:00-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Kürdəmir şəhəri, Bakı prospekti ərazisində piyada hərəkət edən zaman saxlanılmış və həmin tarixdə saat 22:00-dan 22:10-dək üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Aparılan yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması, qəbul etməsində şübhəli bilindiyi üçün, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 22:00-da Kürdəmir şəhəri, Bakı prospekti ərazisində piyada hərəkət edən zaman saxlanılmış və həmin tarixdə saat 22:00-dan 22:10-dək üstü yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq qablaşdırılıb götürülmüş, üzəri "Azərbaycan Respublikası DİN-in №137" saylı möhürü ilə möhürlənərək rəy alınması üçün Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şirvan Regional bölməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə saat 21:50-də Şəxs saxlanıldığı Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və onun "şübhəli şəxs" statusuna xitam verilmişdir. Araşdırma zamanı isə Şəxs narkotik vasitəni satmaq niyyətinin olması müəyyən olunmamış, onun narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsindən ötrü saxlaması müəyyən edilmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs şəxsi axtarış zamanı üzərindən ümumilikdə 0.17 qram olan kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyindən Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməlidir. Lakin, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin, yəni qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi tərkibi olduğundan vət. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nin bölməsinə göndərilməlidir. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətdiyini, səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İşdə olan sənədlərdən məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00-dan xx.xx.2025-ci il tarixə saat 21:50-ə qədər inzibati qaydada tutulmuşdur. İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 115.4.2-ci maddəsinə görə dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. İş üzrə maddi sübut-Kürdəmir rayon polis şöbəsinin İTB-nin saxlanc otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 0.17 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0.15 qramı qərar qanuni qüvvəsini alandan sonra məhv edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1316 saylı rəyinə əsasən Şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 85, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 02 gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 300 (üç yüz) manat cərimə saxlanılsın. Kürdəmir rayon polis şöbəsinin İTB-nin saxlanc otağına təhvil verilmiş, Şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə, təmiz çəkisi 0.17 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 0.15 qramı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №3(041)-943/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-943/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver