Məhkəmə qərarları › İş №3(041)-950/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-950/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-950/2023 25.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Syfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Yenikənd kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı əli ilə sonuncunu vuraraq ona xəsarət yetirməklə fiziki ağrılar yetirməklə onu döymüşdür. Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İnzibati xəta törədən Şəxs göstərdi ki, Şəbnəm onun arvadıdır. Münasibətləri normaldır. Onlar 2008-ci il tarixdə evlənmiş və onların 2 azyaşlı uşaqları vardır. xx.xx.2023-cü il tarixdə onlar evdə olarkən Şəbnəm onun anası ilə mübahisə edərək evdən çıəxəb kirayədə qalmalarını demiş, o, da kirayə ev tutmayacağını bildirdikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı o, əsəbləşərək Şəbnəmi döymüşdür. Hazırda o, arvadı Şəbnəmdən üzr istəmiş və ona dəymiş ziyanı ödəməklə onunla barışmışdır. Əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məlumatlandırılmasıa baxayaraq, o, məhkəməyə gəlməmişdir. Məhkəmənin təşəbbüsü ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng olunmuş və onun özü ilə əlaqə saxlanlarkən o, himayəsində 2 azyaşlı uşaqlarının olmasının, məhkəmə iclasına gələ bilməyəcəyini və əri Şəxsla barışdığını,İsa barəsində olan inzibati materiala xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş, məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 487 saylı canlı şəxsin məhkəmə tibbi müayinəsi aktında Zərərçəkmiş şəxs bədənində aşkar olumuş xəsarətlər: sağ əlin İV barmağında dəri cırılması,boynun sol və sağ yan səthlərindıə cızıqlar,sağ kürək nahiyəsində qançır,sağ sağrıda qançırların küt əşya təsirindən əmələ gəldiyi, törəmə müddətinin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi vəhəmin xəasrtətlərin sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dıərəcələrinin təyin edilmədiyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, zərərçəkmiş şəxsin təqiqat Bölməsində verdiyi izahatı və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xəta hadisəsi törədən Şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış və işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbinə görə bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barşıdıqda inzibati xəta haqqında işüzrə icraata xitam verilir. Ona görə dəməhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığına görə barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 353.0.9, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARA ALDİ : İnzibat xəta törədən Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar