Məhkəmə qərarları › İş №3(041)-950/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-950/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-950/2025 26.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi KASPİ-F” MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən (bundan sonra Mərkəzi Aran regional şöbəsi) məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-də işəgötürən X2 tərəfindən xx.xx.2025-ci il tarixədək qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi ilə bağlı Regional şöbənin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-86289/2025 nömrəli icrası məcburi olan göstərişi yerinə yetirməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X8 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq izahatında bildirdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı Şəxs MMC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmiş, "xxxx" MMC tərəfindən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsi təmin olunması ilə bağlı X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-86289/2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. Həmin məktub həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi" vasitəsilə Cəmiyyətin İşəgötürəninin "Əmək və Məşğulluq" altsistemində olan şəxsi kabinetinə göndərilmişdir. Lakin icrası məcburi göstərişlə bağlı Cəmiyyət tərəfindən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamış və bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməmişdir. Bununla bağlı Cəmiyyətin ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2- 93762/2025 nömrəli məktubla (SS966415440AZ), həmçinin Nazirliyin "Əmək və Məşğulluq Altsistemi vasitəsilə şəxsi kabinetinə İnzibati xəta haqqında Protokola dəvət bildirişi göndərilmişdir. Həmin məktubda inzibati xəta haqqında işə başlanılmasının yeri və vaxtı barəsində məlumat bildirilsə də, Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə uyğun olaraq hüquqi şəxs qismində Cəmiyyət barəsində Regional şöbə tərəfindən İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Protokol tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qeyd olunan protokol xx.xx.2025-ci il tarixli 3-17-5/2- 99331/2025 nömrəli məktubla Cəmiyyətə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin təsisçisi X3 izahatında bildirdi ki, X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən göndərilmiş icrası məcburi göstəriş məktubu onlara çatmamışdır. Bundan başqa qeyd olunan əmək müqavilələri əmək haqqına dəyişiklik edildikdən sonra sistemə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin Şəxs MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli 425 nömrəli Qərarına əsasən 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi in, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək müəyyən edilmişdir. Bildiririk ki, "Əmək və məşğulluq altsisteminə baxış zamanı tərəfinizdən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, tərəfinizdən qüvvədə olan əmək qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsi təmin edilməlidir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin İşəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbirlər icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi (Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) ilə tərəfimizdən müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılacaqdır.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda bildirmişdir: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Bildiririk ki, "Əmək və məşğulluq" altsisteminə baxış zamanı tərəfinizdən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, tərəfinizdən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsi təmin olunması ilə bağlı X4 Xidmətinin (bundan sonra-Xidmət) Mərkəzi Aran regional şöbəsi (bundan sonra-Regional şöbə) tərəfindən xx.xx.2025-ci il tanxli 3-17-5/2- 86289/2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. Lakin icrası məcburi göstərişlə bağlı tərəfinizdən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamış və bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsaslanı va sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti. İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyın mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini hayata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək munasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə barənizdə inzibati xəta haqqında iş uzrə icraatın başlanması nəzərdə tutulmuşdur. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcədə inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat 12:00-dək Regional şöbəyə (Mingəçevir şəhəri. M.Füzuli küçəsi 1, e-mail: Elektron ünvan ) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunursunuz.” İşdə olan sənədlərdən görünür ki, KASPİ-F” MMC-də işəgötürən X2 tərəfindən xx.xx.2025-ci il tarixədək qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi ilə bağlı Regional şöbənin xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-86289/2025 nömrəli icrası məcburi olan göstərişi yerinə yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin qanuni tənsilçisi X3 məhkəməyə verdiyi izahatında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən göndərilmiş icrası məcburi olan göstəriş məktubunun onlara çatmadığını bildirmişdir. Məktubun KASPİ-F” MMC-yə çatmasını təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələri barədə məlumat (işçinin soyadı, adı, atasının adı, vəzifəsi və sair) və həmin faktları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, MMC-nin qanuni təmsilçisi və ya nümayəndəsi inzibati xəta haqqında materialla tanış edilməmişdir. Bu səbəbdən də qeyd olunan çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Mərkəzi Aran regional şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 100, 109, 114, 118-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə qaytarılsın. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar