Məhkəmə qərarları › İş №3(041)-951/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-951/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-951/2023 25.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Kürdəmir rayonunun Karrar kəndində qeydiyyatda olmaqla yaşayan (AA 1285719) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixdə saat 12 radələrində özünə məxsus “Opel Kombo” markalı, **-XU-***1 dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir şəhərİ dört yol deyilən ərazidə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətdərək Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın DYPB-nın polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Kürdəmir şəhər dört yol deyilən ərazidə “Opel Kombo” markalı, **-XU-***1 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yol nəqliyyat hadisəsi törətdərək Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Hadisədən sonra tərəflər Kürdəmir RPŞ DYPB-ya dəvət olunaraq izahatları alınmış, Şəxs yol nəqliyat hadisəsinin onun günahı üzündən olduğunu etiraf etmiş, həmçinin araşdırma zamanı onun avtomobili idarə etmək hüququ olmadığı müəyyən edilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və adiyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünə məxsus “Opel Kombo” markalı, **-XU-***1 dövlət qeydiyyat nişanlı avtomobili var, lakin nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Kürdəmir şəhər dört yol deyilən ərazidə avtomobili ilə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığı üçün ondan qarşıda hərəkətdə olan “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin avtomobillərə maddi ziyan dəymişdir. Hazırda dəymiş zayanla bağlı “VAZ 2107” markalı avtombilin sürücüsü Zərərçəkmiş şəxs ilə öz aralarında razılıq əldə etmişlər. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, özünə məxsus “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili var, inzibati xəta törətmiş Şəxs ilə ilk dəfədir rastlaşıb, aralarında ədavətləri və düşmənçilikləri yoxdur. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Kürdəmir şəhər dört yol deyilən ərazidə avtomobili ilə hərəkətdə olarkən Şəxs idarə etdiyi “Opel Kombo” markalı, **-XU-***1 dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydalarını pozaraq onun avtomobilini arxa hissədən vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin avtomobili əzilmişdir. Dəymiş ziyanla bağlı Şəxs ilə öz aralarında razılıq əldə etmişdir. Odur ki, Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətci olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar