Məhkəmə qərarları › İş №3(041)-951/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-951/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-951/2025 26.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Kürdəmir rayon Köhünlü bələdiyyəsinin sədri X2 iştirakı ilə, Azərbaycan Respublikası Kürdəmir rayon Sovla Bələdiyyəsi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən (bundan sonra Mərkəzi Aran regional şöbəsi) məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Kürdəmir rayonu Sovla Bələdiyyəsində işə götürən X4 tərəfindən xx.xx.2025-ci il tarixədək qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elekron sənəd formasına keçirilməsi ilə bağlı Regional şöbənin xx.xx.2025-ci il tarixli 3-17-5/2-86244/2025 nömrəli icrası məcburi olan göstərişi yerinə yetirməmiş, nəticədə Kürdəmir rayon Sovla Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İXMnin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolu şifahi olaraq onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. “Əmək və məşğulluq” altsisteminə baxış zamanı Kürdəmir rayon Sovla Bələdiyyəsi tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmiş, Cəmiyyət tərəfindən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsi təmin olunması ilə bağlı X5 Xidmətinin (bundan sonra-Xidmət) Mərkəzi Aran regional şöbəsi (bundan sonra-Regional şöbə) tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-86244/2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. Həmin məktub həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi" vasitəsilə Cəmiyyətin işəgötürəninin "Əmək və Məşğulluq" altsistemində olan şəxsi kabinetinə göndərilmişdir. Lakin icrası məcburi göstərişlə bağlı Cəmiyyət tərəfindən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamış və bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməmişdir. Bununla bağlı Regional şöbə tərəfindən Bələdiyyənin ünvanına xx.xx.2025-ci il tarixli 3-17-5/2- 93766/2025 nömrəli məktubla (SS966415467AZ), həmçinin Nazirliyin "Əmək və Məşğulluq" Altsistemi vasitəsilə şəxsi kabinetinə İnzibati xəta haqqında Protokola dəvət bildirişi göndərilmişdir. Həmin məktubda inzibati xəta haqqında işə başlanılmasının yeri və vaxtı barəsində məlumat bildirilsə də, Bələdiyyənin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə uyğun olaraq hüquqi şəxs qismində Bələdiyyə barəsində Regional şöbə tərəfindən İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Protokol tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qeyd olunan protokol xx.xx.2025-ci il tarixli 3-17-5/2-99334/2025 nömrəli məktubla Bələdiyyəyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan Kürdəmir rayon Köhünlü bələdiyyəsinin sədri X4 izahatında bildirdi ki, əvvəllər Sovla bələdiyyəsinin sədri vəzifəsində çalışmış, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qanununa əsasən Köhünlü, Qaramahmudlu, Sovla, Söyüdlər və Şüşün kəndləri Köhünlü bələdiyyəsinə birləşdirilmişdir. Sovla Bələdiyyəsi ləğv edildiyindən qeyd olunan əmək müqavilələrinin sistemə yerləşdirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci il tarixli Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinin 1 nömrəli protokolundan məlum olur ki, 2025-ci ilin yanvar ayının 29-da keçirilmiş seçkilərdə Kürdəmir rayonunun Köhünlü bələdiyyəsinə seçilmiş 11 bələdiyyə üzvlərindən 11 nəfər iştirak etmişdir. İclasın qərarı ilə X1 rayonu Köhünlü bələdiyyəsinin sədri seçilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsi 25 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Kürdəmir rayon Sovla Bələdiyyəsinə ünvanlanmış məktubda bildirilmişdir: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilmə haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununu 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış ame müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfində müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 sentyabr tarixli 42 nömrəli Qərarına əsasən 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanun qüvvəyə minənəda bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi in, orta kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçü 2025-ci il 1 iyuladək müəyyən edilmişdir. Bildiririk ki, "Əmək və məşğulluq altsisteminə baxış zamanı tərəfinizdən elektron səna formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, tərəfinizdən qüvvədə olan əmək müqavilələrini qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçirilməsi təmin edilməlidir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsini 5-ci hissəsinə uyğun olaraq əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyat keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbirlər icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi (Əmr müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyət xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığort olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə) ilə tərəfimizdən müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraatı başlanılacaqdır.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən 25 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Kürdəmir rayon Sovla Bələdiyyəsinə ünvanlanmış məktubda: “Məlum olduğu kimi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Bildiririk ki, "Əmək və məşğulluq" altsisteminə baxış zamanı tərəfinizdən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, tərəfinizdən qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən xx.xx.2025-ci il tarixədək elektron sənəd formasına keçilməsi təmin olunması ilə bağlı X5 Xidmətinin (bundan sonra-Xidmət Mərkəzi Aran regional şöbəsi (bundan sonra-Regional şöbə) tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-5/2-86244/2025 nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. Lakin icrası məcburi göstərişlə bağlı tərəfinizdən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamış və bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539 1-1-cı maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsı norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə barənizdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması nəzərdə tutulmuşdur. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcədə inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat 15:00-dək Regional şöbəyə (Mingəçevir şəhəri, M.Füzuli küçəsi 1, e-mail: Elektron ünvan ) və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunursunuz. Sizin və ya səlahiyyətli nümayəndənizin iştirakını təmin etməyiniz və iş üzrə Sizdə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibatı xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır” . İşin faktiki hallarından məlum olur ki, Kürdəmir rayonu Sovla Bələdiyyəsində işəgötürən X4 xx.xx.2025-ci il tarixədək qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elekron sənəd formasına keçirilməsi ilə bağlı Regional şöbənin xx.xx.2025-ci il tarixli 3-17-5/2-86244/2025 nömrəli icrası məcburi olan göstərişini yerinə yetirmədiyindən Mərkəzi Aran regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qanununa əsasən Köhünlü, Qaramahmudlu, Sovla, Söyüdlər və Şüşün kəndləri Köhünlü bələdiyyəsinə birləşdirilmiş, Kürdəmir rayonu Köhünlü bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 1 nömrəli qərarı ilə X1 rayonu Köhünlü bələdiyyəsinin sədri seçilmişdir. Sənədlərdən məlum olur ki, Kürdəmir rayonu Sovla Bələdiyyəsi xx.xx.2025-ci il tarixdən birləşmə yolu ilə ləğv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan tərtib edilmiş, MMC-nin qanuni təmsilçisi və ya nümayəndəsi inzibati xəta haqqında materialla tanış edilməmiş, Kürdəmir rayonu Sovla Bələdiyyəsinin xx.xx.2025-ci il tarixdən birləşmə yolu ilə ləğv edilməsi nəzərə alınmamışdır. Bu səbəbdən də qeyd olunan çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Kürdəmir rayonu Sovla Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Mərkəzi Aran regional şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 100, 109, 114, 118-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Kürdəmir rayonu Sovla Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə qaytarılsın. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar