Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-952/2024 25.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, fərdi qaydada fəaliyyət göstərən vəkil X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunun doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kürdəmir rayonu, Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan (FİNxxxxxxx), Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X7 izahat verərək bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(041)-2346/2017 saylı icra sənədinə əsasən xx.xx.2005-ci il tarixdə doğulmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)125/2017 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artılırmış və 03.11.217-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 100 manat miqdarında aliment tutularaq iddiaçı X5 xeyrinə və 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunan icra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilərək borclu Şəxs göndərilmişdir. Şəxs icra sənədi üzrə borcundan ödəniş etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, borclu Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili X6 izahat verərək bildirdi ki, Şəxs daşınmaz əmlakın icarəsindən hər ay 150 manat olmaqla aprel ayının 3-nə qədər tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Aprel ayından bu günə qədər də hər ay 100 manat borcundan ödədiyini bildirmişdir. Borclu Şəxs borcunu hissə-hissə ödəyəcəyi nəzərə alınaraq barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir, belə ki, o, əmlakı icarəyə verdiyi üçün icrarə pulunu tələbkar Zərərçəkmiş şəxs ödəyir. Borcunu tam şəkildə ödəməyə imkanı olmadığından hər ay hissə-hissə ödəyəcək. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(041)-2346/2017 saylı icra sənədindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X2 və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(041)-125/2017 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı artırılmış və xx.xx.2017-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 100 manat miqdarında alimentin tutularaq iddiaçı X5 xeyrinə və 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməlidir. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-ci il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanılmış və ona borcu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(041)- 2346/2017 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 3(041)-901/2024 qərardan görünür ki, Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085537 nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə iclasında isə Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(041)-2346/2017 saylı icra sənədi üzrə Şəxs yaranmış borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 2(041)-2346/2017 saylı icra sənədi üzrə üzərindən uzun müddət keçdikdən sonra- xx.xx.2023-ci il tarixdə icra məmuru tərəfindən icra işi üzrə icraata başlanılmış, Kürdəmir Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli 3(041)-901/2024 qərarı ilə Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085537 nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmiş, ondan sonra isə icra məmuru tərəfindən icra sənədinin icra olunması ilə bağlı hər hansı icra tədbiri həyata keçirilmədən 14 gündən sonra yenidən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs oğllunun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-952/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-952/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver