Məhkəmə qərarları › İş №3(041)-953/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-953/2024

20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-953/2024 20.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 19.40-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, AR Vəkillər Kollegiyasının üzvü, Vəkil və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxx 1994-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəəsində qeydiyyatda olmaqla, Kürdəmir rayonu Karrar kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri,H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17.30 radələrində Kürdəmir şəhəri, Babək prospektində polis nəfəri X4 ilə mübahisə edərək sonuncunun ünvanına ucadan qışqıraraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əmədaşalrı ilə mübahisə edərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Hər iki material üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətalar eyni şəxs tərəfindən törədildiyinə və baxılması eyni orqanın səlahiyyətinə aid olduğuna görə həmin inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalı və bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs göstərdi ki, Zamiq Zeynallının onunla şəxsi prinsipi vardır. Həmin günü az miqdarda araq içmiş və həmin günü yəni, xx.xx.2024-cü il tarixdə tanışı X2 şəhəri, Babək prospektində olarkən Zamiq Zeynallı onlara yaxınlaşaraq onlarla birlikdə polis şöbəsinə getmələrini tələb etmiş, o, hansı səbəbdən polis şöbəsinə getməli olduğunu soruşmuş, lakin Zamiq Zeynallı təkid etdiyi üçün o, qaçmış, lakin onun yanında olan Soltan İbrahimovu polis şöbəsinə apardıqları üçün o, taksiyə minərək polis şöbəsinə gedərək Soltanı nə üçün polis şöbəsinə saxlamalarını öyrənmək istəmişdir. O, polis şöbəsinə gəlib, Soltanın harada olmasını soruşmuş, polis əməkdaşları şöbənin inzibati binasında onu söydüyü üçün o, da polis əməkdaşlarının var yoxuna söymüşdür. Bunda sonra polis əməkdaşları onu xidməti otaqlarına aparıb ağzını skoçla bağladıqdan sonra onu döymüşlər. O, heç bir inzibati xəta hadisəsi törətməmişdir, polis əməkdaşları onu söydüyü üçün o, polis əməkdaşlarını söymüşdür. Əməlidən peşman deyildir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs həm də şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də sahə polis nəfəri işləyir. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Kürdəmir şəhəri, Bakı prospektində xidmətdə oalrkən iki nəfər şəxsin sərxoş vəziyyətdə aşa-aşa gedərək ucadan qışqıraraq bir-birilərinin ünanına nalayiq ifadələr işlətdiyini görüb onlara yaxınlaşmış və həmin şəxslərin əvvəldən rayon sakini, həmdə Kürdəmir rayon polis şöbəsinə barələrində olan araşdırmalara görə tez-tez şöbədən tanıdığı Şəxs və Soltan İbrahimovun olduqlarını görüb onlara yaxınlaşaraq sakitləşmələrini və ictimai yerdə ucadan qışqıraraq nalayiq ifadələr işlətməsini xahiş etsə də Afşin və Soltan sərtxoş olduqları üçün öz qanunsuz əməllərinə davam edərək ucadan qışqırıb nalayiq ifadələr işlətmişlər. Bundan sonra o, Afşin və Soltanı şöbəyə dəvət etmiş, lakin Afşin onunla mübahisə edərək üzrərinə gəlib ona yumruq atmış, o, Afşin və Soltanı tək saxlaya bilməyəcəyini görüb, növbətçi hissəyə zəng edərək kömək istəmiş, bir az sonra PPXB-nün iki əməkdaşı köməyə gəlmiş, lakin Afşin qaçıb getmiş, onu şöbəyə gətirmək mümkün olmamışdır. Buna görə onlar Soltanı şöbəyə gətirmişlər. Soltanın şöbədə izahatı alınarkən küçədən bir nəfər şəxsin ucadan qışqıraraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini eşidib küçəyə çıxmışlar. Həmin vaxtı şöbənin inzibati binasının qarşısında Afşinin ucadan qışqıraraq polis əməkdaşlarının və onun ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuş, bundan sonra onu xidməti otaqlarına gətirib izahatını almaq istəmişlər. Afşin isə öz qanunsuz hərəkətlərinə davam edərək sərxoş vəziyyət həm onun həmdə bütün polis əməkdaşlarının ünvanına nalaiq ifadələr işlətmişdir. Polis əməkadaşları Afşini sakitləşdirmək istəsəlrə də Afşin davam edərək polis əməkdaşları ilə mübahisə edib onların qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, o, Kürdəmir RPŞ PPXB-də polis nəfəri işəyir. xx.xx.2024-cü il tarixdə, saat 17.30 radələrində Kürdəmir RPŞ-nin PPXB-nün polis nəfəri Elgiz Zülfüqarlı ilə birlikdə xidmətdə olan zaman Kürdəmir RPŞ-nin növbətçi hissəsinin göstərişi əsasında kömək üçün Kürdəmir şəhəri, Bakı prospektinə getmişlər. Onlar hadisə yerinə getdikdə polis əməkdaşı Zamiq Zeynallı ilə iki nəfər şəxsin sərxoş olduqlarını və polis əməkdaşı ilə mübahisə etdiyini görüb, onlara yaxınlaşmış, həmin vaxtı Zamiq Zeynallının onlara sakitləşmələrini, ucadan qışqıraraq nalayiq ifadələr işlətməmələrini, lakin onların öz qanunsuz hərəkətlərinə davam etdiklərininin şahidi olmuşdur. Bundan sonra onlar həmin şəxslərin sakitləşmədiyini görüb adlarını sonradan bildiyi Afşin və Soltanı polis şöbəsinə dəvət etsələr də, Soltan heç bir etiraz bildirmədən polis şöbəsinə getməyə razılaşmış, lakin X6 yumruq ataraq həmin yerdən uzaqlaşmışdır. Onlar Soltanı polis şöbəsinə gətirmiş və izahatı alınması üçün xidməti otaqda əylədirmişlər. Bir az sonra küçədən bir nəfər şəxsin ucadan qışqıraraq Zamiq Zeynallı və bütün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətdiyini eşidib küçəyə çıxmış və həmin şəxsin Afşin ədirov olduğunu görmüşdür. Bundan sonra polsi əməkdaşları Afşinə sakitləşməsini xahiş etsələr də o, sakitləşməmiş və qanunsuz ərəkətlərinə davam etmişdir. Bundan sonra polis əməkdaşları Şəxs gücllə yaxalayaraq şöbənin inzibati binasına gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 da X5 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özü bir başa etiraf etməsə də onun məhkəmədə veriyi ifadəsi, zərərçəkmiş şəxsin izahatı şahid ifadələri, hadisənin baş vermə şəraiti və iş materialları ilə sübut olunmuşdur. Məhkəmə Şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, ailə və maddi vəziyyətini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati icraat açılmış şəxs Şəxs Kürdəmir rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən döyülübdöyülməməsi faktının araşdlırılması üçün Kürdəmir rayon prokurorluğuna məlumat verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində AR-nın İXM-nin 535.1-ci maddəsinə əsasən ona 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Barəsində inzibati icraat açılmış şəxs Şəxs Kürdəmir rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi faktının araşdlırılması üçün Kürdəmir rayon prokurorluğuna məlumat verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar