Məhkəmə qərarları › İş №3(041)-956/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-956/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-956/2024 23.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X12, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Mollakənd kəndində sahə rəisi ilə mübahisə edib ünvansız küçə söyüşləri söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Kürdəmir rayonu Mollakənd kəndində su kanalına görə polis sahə rəisi ilə mübahisə edib qəsdən onun qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X4 tərtib etdiyi inzibati xəta haqqında protokolları şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir RİHB-nın Mollakənd kənd i.ə.d-si ürə nümayəndəsi əvəzi X13 rayon polis şöbəsinə müraciət edərək kənd qəbirstanlığının ətrafından keçən kanal Şəxs tərəfindən doldurularaq suyun qarşısı kəsilmiş, kəndin qurunt suları axan kanalın bərpa edilməsinə imkan verməmişdir. Müraciətin yerində araşdırılması üçün həmin kəndə getmiş, Şəxs ilə apardığı danışıqlara baxmayaraq məsələnin yerində həll edilməsinin mümkün olmadığını görüb onu polis şöbəsinə aparıb izahatını almaq üçün xidməti avtomobilə dəvət etmiş, lakin Şəxs onunla kobud rəftar etmiş, onlardan yaxın məsafədə duran icra nümayəndəsinin və bələdiyyənin sədrinin yanında uca səslə ünvansız nalayiq ifadələr işlətmiş, onun qanuni tələblərinə tabe olmayaraq avtomobilə oturmaqdan imtina etmişdir. Bundan sonra onun kəmərindən yapışıb məcburi qaydada avtomobilə oturtmuş və polis şöbəsinə apararaq izahatını almış və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Mollakənd kəndində avtomobillərin təmiri üçün inşa etdiyi sexdə yaşayır, həmin sexin ərazisində həm kənd təsərrüfat işləri ilə həm də avtomobillərin təmiri ilə məşğul olur. Sexin ərazisinə gələn içməli suyu həmin ərazidən keçən su kanalı vasitəsiylə əldə edir, səliqəli görünsün deyə sexin ərazisini düzəltmiş, sexə böyük avtomobillərin rahat giriş-çıxışları üçün giriş qapısının yanında olan çökəklikləri torpaqla dolduraraq biraz genişlətmiş, lakin sexə gələn içməli suyun kəsiləcəyini nəzərə alıb su kanalına toxunmamış, oranı torpaqla doldurmamışdır. xx.xx.2024-cü il tarixdə sahə rəisi, kəndin bələdiyyəsi və icra nümayəndəsi sexə gələrək içməli su kimi istifadə etdiyi kanal vasitəsiylə kəndin ərazisinə yığılan qrunt sularını başqa əraziyə axıdacaqlarını bildirmiş, lakin gətirdikləri su borusunun uzunluğu sexə gələn yolun yarısına çatdığını görüb onlara etiraz etmiş və bildirmişdir ki, bu vəziyyətdə axan sular sexin ərazisinə axacaq və sexə gələn yolu yuyub keçilməz vəziyyətə gətirəcəkdir. Lakin onlar etdiyi təkliflə razılaşmamış və ondan Kürdəmir rayon polis şöbəsinə şikayət etmişlər. Əraziyə gələn Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İbrahim Sadıqova məsələnin mahiyyətini izah etmiş, ona və digərlərinə qarşı heç bir fiziki güc və yaxud müqavimət göstərməmiş, nalayiq ifadələrdən istifadə etməmişdir. İbrahim Sadıqov onun təklifləri ilə razılaşmamış və onu xidməti avtomobilinə oturdub polis şöbəsinə aparmış, izahatını alandan sonra məhkəməyə gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Kürdəmir RİHB-nın Mollakənd kənd i.ə.d-si ürə nümayəndəsi əvəzi X11 ifadəsində bildirdi ki, Mollakənd kənd qəbirstanlığının ətrafından keçən kanal Şəxs tərəfindən doldurularaq suyun qarşısı kəsildiyindən, kəndin qrunt suları axan kanalın bərpa edilməsi üçün əraziyə getmiş, lakin Şəxs onlara imkan verməmiş və bu barədə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X4 həmin əraziyə gəldiyi üçün Mollakənd bələdiyyəsinin sədri Ağamir Həsənovla kənarda dayanıb, məsələnin həll edilməsini və bundan sonra bərpa işlərinə başlayacaqlarını gözləmişlər. X7 Hacıyevin söhbətləri bir neçə dəqiqə davam etmiş, lakin məsələni yerində həll etmək mümkün olmadığı üçün X10 xidməti avtomobilinə əyləşdirib polis şöbəsinə aparmışdır. Şəxs kiminsə ünvanına nalayiq ifadələr işlətməsini və polis əməkdaşına tabesizlik göstərməsini eşitməmiş və görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir rayon Mollakənd kənd bələdiyyəsinin sədri X8 ifadəsində göstərdi ki, Kürdəmir rayon Mollakənd ərazisində yerləşən qəbirstanlığa yığılan qrunt sularının başqa əraziyə axıdlıması üçün Şəxs isifadəsində olan sexin yanından keçən su kanalının açılmasına zərurət yaranmış və bununla bağlı xx.xx.2024-cü il tarixdə kənd icra nümayəndəsinin əvəzi Kənan Əhmədovla əraziyə gedib fərdi söhbətlər aparmış, lakin Xanəhməd kanalın açılmasına etiraz etdiyindən Kənan Əhmədov bu barədə polis şöbəsinə müraciət etmişdir. Əraziyə gələn İbrahim Sadıqov Şəxs məxsuz sexə gedib onunla söhbət edərək vəziyyəti izah etmiş, lakin aralarında anlaşılmzalıq olduğu üçün sahə rəisi X10 xidməti avtomobilinə oturdub polis şöbəsnə aparmışdır. Həmin vaxt Xanəhmədin səs-küy salaraq nalayiq ifadələr işlətdiyini eşitməmiş, həmçinin onun polis əməkdaşının qanuni tələblərinə tabe olmadığını görməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kürdəmir RİHB-nın Mollakənd kənd i.ə.d-si ürə nümayəndəsi əvəzi X6 və Kürdəmir rayon Mollakənd kənd bələdiyyəsinin sədri X1 qəbirstanlığının ətrafına yığılan suyun başqa əraziyə axıdılması üçün verdiyi təkliflər Şəxs istifadəsində olan və faktiki olaraq yaşadığı sexə içməli suyun bağlanması və qrunt sularının axıdılması üçün əraziyə gətirdikləri su borusunun uzunluğu sexə gedən yolun yarısına çatdığından Şəxs haqlı olaraq onlara etiraz etmiş, məsələni həll etmək əvəzinə Kürdəmir RİHB-nın Mollakənd kənd i.ə.d-si ürə nümayəndəsi əvəzi X11 mübahisənin məcburi qaydada həll edilməsi üçün polis şöbəsinə müraciət etmiş və Şəxs əraziyə gələn Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X3 da vəziyyəti izah etmiş, lakin mübahisənin obyektiv həllindən yayınaraq, əsassız olaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, məhkəmədə şahid qismində dindirilən Kürdəmir RİHB-nın Mollakənd kənd i.ə.d-si ürə nümayəndəsi əvəzi X6 və Kürdəmir rayon Mollakənd kənd bələdiyyəsinin sədri X5 ifadələrini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Həmçinin Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs hərəkətlərində polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması və onun tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsi öz təsdiqini tapmadı. Məhkəmə iclasında Kürdəmir RİHB-nın Mollakənd kənd i.ə.d-si ürə nümayəndəsi əvəzi X6, Kürdəmir rayon Mollakənd kənd bələdiyyəsinin sədri X5 və Şəxs təklifləri ilə razılığa gəlinmişdir ki, Şəxs öz vəsaiti hesabına qrunt sularının axıdılması üçün zəruri hesab edilən ölçüdə və uzunluqda su borusunu alıb onlara təhvil verəcək, şirin su mənbəyindən sexə su xətti çəkməklə nəzərdə tutulan təmir və abadlıq işləri başa çatdırılacaqdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar