Məhkəmə qərarları › İş №3(041)-958/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-958/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-958/2025 07.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu Axtaçı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, Kürdəmir rayon polis şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə 80 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27546076 nömrəli elektron qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon Polis Şöbəsinin rəisi polis polkovniki Arzu Rzayev xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, vətəndaş Şəxs barəsində xx.xx.2025-ci il tarixdə tərəfimizdən Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP7529062 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Bildiririk ki, Şəxs Kürdəmir RPŞ-yə ünvanladığı müraciət əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, onun mülkiyyətində olan Vaz-21063 markalı, 33BA781 dövlət qeydiyyat nişanlı avtomobiliə dair digər şəxsə verilmiş etibarnamənin müddətinin bitməsi səbəbindən sonuncunun törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə xüsusi texniki cihaz vasitəsi ilə elektron qərarlar Şəxs adına tərtib olunmuşdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İXP7529062 nömrəli inzibati protokola xitam verilməsini və ya həmin protokolun və protokola əlavə edilmiş materialın geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Kürdəmir rayon polis şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Kürdəmir rayon polis şöbəsinə qaytarılsın. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar