Məhkəmə qərarları › İş №3(041)-959/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-959/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-959/2024 30.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Muradxan kəndində qeydiyatda olmaqla hazırda Bakı şəhərində yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085549 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qurbanov X1 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-2358/2021 nömrəli, xx.xx.2021-ci il tarixli 2(041)-1869/2021 nömrəli və xx.xx.2021-ci il tarixli 2(041)-2204/2021 nömrəli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru İ.S.Əliyev inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-2358/2021 nömrəli icra sənədiə əsasən Şəxs ümumilikdə 3802.46 manat əsas borc və 58.02 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməsi, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1869/2021 nömrəli icra sənədiə əsasən Şəxs ümumilikdə 1416.4 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 2(041)-2204/2021 nömrəli icra sənədinə əsasən Şəxs ümumilikdə 670 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmişdir. İcra sənədləri Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədləri borclu tərəfindən icra edilməmiş, onun hər üç icra sənədi üzrə tələbkarlara olan ümumi borcu 5976.88 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Kürdəmir rayonu Muradxan kəndində qeydiyatda olmasına baxmayaraq uzun müddətdir ki, Bakı şəhərində yaşayır, qeydiyatda olduğu ünvana gələn bildirişlərdən xəbəri olmamış, icraata başlama haqqında qərarın surəti və tələbin könüllü icra edilməsi barədə bildiriş ona xx.xx.2024-cü il tarixdə təqdim edilmiş və həmin sənədlərlə yeni tanış olmuşdur. Bildiriş ona təqdim ediləndən sonra borcunu ödəməklə bağlı tədbirlər görmüş, hazırda tələbkarlara cəmi 300 manat, 1 həfdədən sonra isə daha 300 manat ödəyə bilər, fikri bundan sonra tələbkarlara hər ay ödənişlər etməkdir. Məsələlərin həll edilməsi üçün ona müvafiq vaxt verilməsini xahiş etmiş, lakin icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-2358/2021 nömrəli icra sənədiə əsasən Şəxs ümumilikdə 3802.46 manat əsas borc və 58.02 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməsi, xx.xx.2021-ci il tarixli 2(041)-1869/2021 nömrəli icra sənədiə əsasən Şəxs ümumilikdə 1416.4 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməsi, xx.xx.2021-ci il tarixli 2(041)- 2204/2021 nömrəli icra sənədinə əsasən Şəxs ümumilikdə 670 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ödənilməsi qət edilmiş, icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Keçən müddət ərzində borcluya icraata başlama haqqında qərarların və tələbin könüllü icra edilməsi barədə bildirişin təqdim edilməsini təsdiq edən heç bir sübut işə əlavə edilməmişdir. Həmin sənədlər yalnız xx.xx.2024-cü il tarixdə Şəxs təqdim edilmiş, həmin gün də 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Hazırki iş üzrə təqdim edilmiş sənədlərdən məlum olur ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərarlar xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs təqdim edilmişdir. Bildirişdə tələbin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş və göstərilən müddətdə icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin edilməsi barədə borcluya xəbərdarlıq edilmiş, həmin gün icra məmuru borcludan izahat almış və barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Əvvələn, icra sənədinin məcburi qaydada icra edilməsi dedikdə təkcə borclu barəsində inzibati xəta haqqında protokol tərtib etmək başa düşülmür. Məcburi icra tədbirləri “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsində qəti olaraq müəyyən edilmişdir və onlar aşağıdakılardan ibarətdir: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları həmin Məcəllənin 44-cü maddəsində göstərilmiş və məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün ilk növbədə onun tərəfindən törədilmiş inzibati xəta mövcud olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə görə inzibati xəta dedikdə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) başa düşülür. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar