Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-961/2024 02.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.20-də Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Kürdəmir şəhəri,M.B.Qasımov küçəsi, ev 14-də qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan 0,043 qram narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamışdır. Şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin çəkisi şəxsi istehlak miqdarında olduğundan Kürdəmir rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və barəsində inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs əvvəllər narkotik vasitədən istifadə etmişdir. Lakin son vaxtlar o, narkotikdən istifadə etmir. Hazırki iş üzrə də onun heç bir günahı yoxdur və onun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşları onu polis şöbəsinin inzibatibinasına apardıqdan sonra onu döyərək cibinə narkotik vasitə qoymuşlar. Əslində onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Polis şöbəsində Tağı, Anar və Zamiq adlı polis əməkdaşları ona fiziki təsir göstərməklə, yəni yerə yıxıb təpikləərək narkotik vasitənin onun üzərindən tapıldığını boynuna almasına məcbur etmişlər.Onu məcbur etdilər ki, güya narkotik vasitəni alıb Asif Əhmədova vermişdir. O, isə bundan xəbəri olmadığını desə də onu döyərək boynuna qoymuşlar.O, polislərin təkidi ilə canını qurtamaq üçün yalan ifadə vermiş, polis şöbəsindən çıxandan sonra həkim qəbuluna gedib xəsarət alması barədə arayışı da vardır. Onun barəsində tərib edilən protokol əsassızdır. Odur ki, barıəsində olan protokola xitam verilməsini xahiı etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Kürdəmi ryon polis şöbəsində Cinayət Axtarış Bölməsinin rəisi vəziffəsində işləyir. Şəxs əvvəllər tanımamışdır.Kürdəmir rayon polisşöbəsinə daxil olan məxfi məlumatda Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlması və daşəması haqqında məlumat daxil olmuş və məlumat əsasında Şəxs saxlanılaraq Kürdəmirə RPŞ-nə gətirilərək hal şahidlərinin və müdafiəçinin iştirakı ilə onun üzərində axarış keçirilmiş və üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Şəxs danışdıqlrı həqiqətə uyğun deyildir. Ona heç bir fiziki təsir göstərilməmişdir.Özü könüllü olaraq müdafiəçinin iştirakı ilə sərbəst şəkildə ifadə ifadə vermişdir.həmi vaxtı heç ir şikayət bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də polis nəfəri işləyir. Şəxs əvvəldən tanıyır və heç bir ədavətləri də yoxdur. Kürdəmir rayon olis şöbəsinə daxil oluş məlumat əsasında Şəxs saxlanılaraq Kürdəmir rRPŞ-nə gətirilmiş,hüquq və vəzifələri izah olunduqdan sonra hal şahidləri və müdafi.çinin iştirak ilə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şəxs məhkıəmədə verdiyi ifadəsi tamamilə yanlışdır. Ona heç bir fiziki təsir olmamışdır,onu heç kim döymçəmişdir. Onun özünü müdaiə etmək üçün yalan ifadə verir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs üzərindən təmiz çəkisi-0,043 qram narkotik vasitə olan heroindir. Qeyd edilən qərarda heroinin təmiz çəkisi-0,043 qram, tədqiqata sərf edildildikdən sonra 0,023 qram qalıq qalmışdır. Şəxs əməli özü etiraf etməsə də şahid ifadələri işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, narkotik vasitə olan heroinin qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarında öz üzərində gəzdirmişdir. Məhkəmə Şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, məsuliyətdən yayınmaq istəyir. Bundan başqa onun ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi faktı məhkəmə predmeti deyildir və həmin faktın araşdırılması məqsədi ilə qərarın surəti Kürdəmir rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun məsuliyyəti yüngülləşdirən və ağırlaşdırıan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmişşəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Kürdəmir rayon polis şöbəsində maddi sübut kimi saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,023 qram nakotik vasitə olan heroin qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Şəxs döyülüb-döyülməməsi faktının müəyyən edilməsi üçün qərarın surəti Kürdəmir rayon prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-961/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-961/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver