Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-963/2025 19.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Həsənova Gülnar Fikrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunun Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Topalhəsənli ə/d, Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində etibarnamə olmadan idarə etdiyi atasına məxsus **-CZ-*** qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtomobillə Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən “Dan Ulduzu” şadlıq sarayının həyətinə daxil olarkən hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda buna əməl etməyib, öz hərəkətlərini davam etdirərək, həmin vaxt yolun sağ hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs sağ ayağının üzərindən keçməklə, nəticədə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol ayağın topuq nahiyəsinin yumşaq toxumalarının və sümük aparatının sümüküstlüyünün əziyi kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarəti almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Həmidlə münasibəti normal olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Özünə məxsus sürücülük vəsiqəsi var və mərhum atası Bayrama məxsus olan **-CZ-*** qeydiyyat nişanlı “Mercedes Benz C180” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən “Dan Ulduzu” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib, saat 20:00 radələrində ailə üzvlərini idarə etdiyi avtomobillə yaşadığı evə aparmış və yenidən şadlıq sarayının həyətinə qayıtmışdır. Qayıdan zaman Həmidin şadlıq sarayının çıxışında qapıdan çölə çıxmaq istədiyini görmüş, lakin Həmid birdən onun idarə etdiyi avtomobilin qarşısında dayanmışdır. Əyləcdən istifadə edərək avtomobili saxladıqda Həmid arxaya tərəf hərəkət etmiş və idarə etdiyi avtomobilin sağ tərəfində dayanmışdır. Bu səbəbdən yenidən hərəkətini davam etdirmiş, bir qədər qarşıda dayandıqda Həmid ona yaxınlaşaraq ayağının üzərindən idarə etdiyi avtomobillə keçdiyini bildirmiş, Həmidin sərxoş olmasını gördüyü üçün buna məhəl qoymamışdır. Həmidin ayağının üzərindən keçməyini hiss etməmiş, bu barədə Həmid ona dedikdə öyrənmişdir. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun həmkəndlisidir. Onunla münasibəti normal olmuş, heç bir ədavəti və düşməçiliyi olmamışdır. Şəmistan atası Bayrama məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 03 oktyabr 2025-ci il tarixdə Kürdəmir rayonu, Şıxımlı kəndində yerləşən “Dan Ulduzu” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib orada bir qədər spirtli içki qəbul etdikdən sonra saat 20 radələrində yaşadığı evə getmək üçün şadlıq sarayından çıxmış, şadlıq sarayının həyətindən çölə çıxmaq istəyərkən Şəmistanın idarə etdiyi avtomobillə həyədə daxil olmaq istədiyini görmüşdür. Şəmistan əvvəlcə onun yolda hərəkətdə olduğunu görüb avtomobili saxlasa da sonradan buna məhəl qoymayıb hərəkətini davam etdirmiş, arxaya çəkilmək isətsə də Şəmistan sol ayağının üzərindən idarə etdiyi avtomibillə keçmişdir. Şəmistandan saxlamasını istəsə də o, avtomibili saxlamamış, bu səbəbdən Şəmistanın arxasınca gedib restoranın həyətində avtomobili saxlayan zaman ona yaxınlaşmışdır. Şəmistana ayağının üzərindən keçməsini bildirsə də Şəmistan ona məhəl qoymamışdır. Bundan sonra mübahisə olmasın deyə yaşadığı evə getmişdir. Lakin ayağında ağrılar olduğu üçün Şəmistana mobil telefonla zəng edib ondan onu xəstəxanaya aparmasını istəmiş, Şəmistan onu təhqir edərək aparmayacağını dedikdə o da qarşılığında Şəmistanın ünvanına nalayq ifadə işlətmişdir. Sonradan Şəmistanın onun barəsində DİN-in 102 xidmətinə zəng etməsini öyrənmişdir. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 452 № li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunan xəsarətlər, sol ayağın topuq nahiyəsinin yumşaq toxumalarının və sümük aparatının sümüküstlüyünün əziyi, küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 03 oktyabr 2025-ci il tarixdə əmələ gəlməyə uyğundur. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından soncunun İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.8 və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir; Kürdəmir RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.8 və 332.1-ci maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddəllər ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünü təqsirli bilməsə də özünün izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair məsələyə baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-963/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-963/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver