Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-965/2024 14.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, sürücülük fəaliyyyəti ilə məşğul olan, ailəli, Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsi küçə 5 ünvanında qeydiyatda olmaqla hazırds ünvan 2 ünvanında yaşayan, Şəxs barəsində Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP6563086 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 10 iyul 2024-cü il tarixdə saat 17:05 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 173-cü kilometrliyində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «X10 220» markalı **-DT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qazax istiqamətində hərəkət hissəsinin sağ hərəkət zolağında 90 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini və əks istiqamətli hərəkət hissəsinə çıxmadan manevretmə qaydalarını pozmuş avtomobili hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarına çıxaraqaq aşıb su kanalına düşərək yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində X7 və X1 qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran xəsarətlər almasına, özünün və avtomobilin zədələnməsinə səbəb olmuşdur. Şəxs əməlində Azərbaycan Respublikasın CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığı üçün material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin Şəxs hərəkətində Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun tələblərinə uyğunsuluq olmaqla əks istiqamətli hərəkət hissəsinə çıxmadan manevretmə qaydalarına riayət etməyərək Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsini tələblərini pozub yol-nəqliyyat hadisəsi törətmiş, sərnişinlər sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran bədən xəsarətləri almışdır, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır, ailəlidir, sürücülük fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır, özünə məxsus «X10 220» markalı **-DT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var. 10 iyul 2024-cü il tarixdə sərnişin yığaraq həmin avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüşdür. Həmin gün saat 17:05 radələrində Bakı-Qazax-Gürcüstan Kürdəmir rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən sükan arxasında yuxuladığından avtomobili hərəkət hissəsindən çıxararaq aşırtmış, özü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarəti almışlar. Hadisədən sonra polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Hadisədən qabaq spirtli içki və ya güclü təsir edən maddə qəbul etməmişdir. Hazırda dəymiş ziyanla bağlı zərərçəkmiş şəxlərlə öz aralarında razılıq əldə etmişlər, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs izahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxslər X4 və X5 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cinayət işinin başlanması haqqında qərarda qeyd edilmiş: - «Kürdəmir rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 10 iyul 2024-cü il tarixli 189 №-li aktdan görünür ki, Şəxs həmin tarixdə alkoqol sərxoşluğu olmamışdır. - MTE və PA ETT Birliyinin PHŞ-in Kürdəmir rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən E.Məmmədovun verdiyi xx.xx.2024-cü il tarixli 294 №li canlı şəxsin məhkəmə-tibbi müayinə rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı alın-təpə sərhəddində kəsilmiş yara küt xassəyə malik əşya, ola bilsin sınmış şüşə fraqmentinin iti kənarının təsirindən törəndiyi qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bildiyi və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. - MTE və PA ETT Birliyinin PHŞ-in Kürdəmir rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən E.Məmmədovun verdiyi xx.xx.2024-cü il tarixli 296 №li canlı şəxsin məhkəmə-tibbi müayinə rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı sağ bud çanaq nahiyəsində şişkinlikhematoma, sağ gicgahda çapıq, gövdənin sağ yan səthinin aşağı-arxa hissəsində və sağ ayaq pəncəsinin üst hissəsində sıyrıqlar küt əşya təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bildiyi və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. - MTE və PA ETT Birliyinin PHŞ-in Kürdəmir rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən E.Məmmədovun verdiyi xx.xx.2024-cü il tarixli 323 №li canlı şəxsin məhkəmə-tibbi müayinə rəyindən görünür ki, Şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol İİİ, İV,Vİİ qabırğaların, sol kürək sümüyünün qapalı sınığı küt əşya təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bildiyi və ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 24 avqust 2024-cü il tarixli 8/2149 №-li məhkəmə ekspertizasının rəyindən görünür ki, müəyyən edilmişdir ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «X10 220» markalı **-DT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2-121295-2024 nömrəli arayışdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1988-ci il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək müddətə etibarlı olan) BD 111162 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Gəncə şəhər icra şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-965/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-965/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver