Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-969/2024 02.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2070753 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə qonşusu X1 təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır, 2 uşağı var, X3 qonşusu kimi tanıyır. xx.xx.2024-cü il tarixdə küçədə olarkən tanımadığı avtomobilin küçədən sürətlə keçdiyini görmüş və ətrafı toz-duman bürüdüyü üçün özündən asılı olmayaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Həmin vaxt qonşusu A.Məlikov küçəyə çıxaraq nalayiq ifadələr işlətdiyi üçün öz iradlarını bildirmiş, hərəkətlərindən peşman olduğu üçün Aqildən üzr istəyərək öz evinə getmişdir. Nalayiq ifadə işlətməsini və Aqil Məlikovla aralarında olan söhbəti onlardan başqa kənar şəxslərdən eşidən və görən olmamışdır. A.Məlikovun şikayəti əsasında Kürdəmir rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq onlarla birlikdə şöbəyə gedib baş verənlər barədə izahat vermişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X5 izahatındfa göstərdi ki, Şəxs qonşusu kimi tanıyır, münasibətlər həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə, axşam saat 20 radələrində evdə olarkən küçədən kiminsə nalayiq ifadə işlətdiyini eşitmiş və məsələni aydınlaşdırmaq üçün küçəyə çıxdıqda söyüş söyənin Şəxs olduğunu görmüşdür. Aralarında gedən söhbət əsnasında Şəxs sərxoş olduğunu görmüş, öz iradlarını bildirdikdə Musa ondan üzr istəyərək oradan getmişdir. Onun Şəxs qarşı heç bir iddiası və şikayəti olmamış, sərxoş olmasından ehtiyat edərək onun başqa hadisələr törədəcəyini düşündüyü üçün DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Aralarında olan söhbəti və Musanın nalayiq ifadə işlətməsini onlardan başqa heç kim görməmiş və eşitməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs qismində göstərilən A.T.Məlikovun izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, Şəxs ilə X2 arasında xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində baş vermiş mübahisəni onlardan başqa kənar şəxslər görməmiş və eşitməmişdir. A.T.Məlikovun şikayəti əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərmişdir. Göründüyü kimi, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-969/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-969/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver