Məhkəmə qərarları › İş №3(041)-970/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-970/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-970/2023 26.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5 Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Zərərçəkmiş şəxs1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Beyi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində qonşusu Zərərçəkmiş şəxs1 həyətinə girərək onu və gəlinini söyüb təhqir etmişdir, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Beyi kənd sakini Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng vuraraq qonşusu Şəxs onun evinə gəlib onu narahat etdiyini bildirmişdir. Şikayət ərizəsi qeydiyata alınaraq araşdırma aparılması üçün onun icraatına verilmiş, tərəflərin izahatlarını aldıqdan sonra toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Beyi kəndində yaşayır, evlidir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, Zərərçəkmiş şəxs1 və onun gəlini Zərərçəkmiş şəxs2 qonşusu kimi tanıyır, həm də aralarında qohumluq əlaqələri vardır. Təranə Əsgərovanın onun barəsində DİN-nin xidmətinə etmiş olduğu müraciət əsassızdır, o ümumiyətlə Təranə ilə mübahisə etməmiş, ona qarşı nalayiq ifadələr işlətməmişdir, həmçinin Təranənin gəlini Aynurə Əsgərovaya qarşı heç bir tərbiyəsizlik etməmişdir. DİN-nin 102 xidmətinə məlumat veriləndən sonra polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək olanlar barədə izahat vermişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Kürdəmir rayonu Beyi kəndində yaşayır, Şəxs qonşusu kimi tanıyır, həm də onlar qohumdurlar. xx.xx.2023-cü il tarixdə gecə saatlarında evdə olarkən gəlini X2 ona müraciət edərək Şəxs onların həyətlərində gəzdiyini və ona xoşa gəlməz sözlər dediyini bildirmişdir. Həyətə düşəndə qapılarının ağzında Şəxs görmüş, gizlin həyətlərinə daxil olub gəlininə xoşa gəlməz sözlər deməsinin səbəblərini soruşanda aralarında mübahisə düşmüş, mübahisə vaxtı Aqil onun ünvanına ucadan nalayiq ifadələr işlədərək oradan çıxıb getmişdir. Səsə-küyə qonşular oraya toplaşmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq baş verənlər barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Kürdəmir rayonu Beyi kəndində yaşayır, Zərərçəkmiş şəxs1 onun qaynanası, Şəxs ilə qonşusudur. Şəxsla aralarında heç bir münasibət və ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Şəxs onların həyətinə keçib nərdivanla pəncərəsinə qalxaraq onu çölə çağırmış və ondan xoşu gəldiyini bildirmişdir. Dərhal qaynanası Təranəni çağıraraq olanlar barədə məlumat vermiş, həmin vaxt qaynanası həyətə düşərək baş verənləri aydınlaşdırmaq istəyərkən Aqilin ucadan qaynanası ilə mübahisə etdiyini və ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Səsə-küyə qonşular oraya toplaşmış, bundan sonra qaynanası Zərərçəkmiş şəxs1 DİN-nin 102 xidmətinə zəng vuraraq baş verənlər barədə məlumat vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İşin müəyyən edilən hallarından görünür ki, Şəxs gecə saatlarında qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə daxil olaraq onun narahatçılığına səbəb olmaqla yanaşı, Aynurənin qayınanası Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək uca səslə onu təhqir etmiş, səs-küyə çıxan qonşuların da istirahətlərini pozan hərəkətləri ilə ictimai qaydanı pozmuşdur. Məhkəmə hesab edir ki, özü etiraf etməsə də Şəxs törətdiyi inzibati xəta zərərçəkmişin və şahidin ifadəsi, işə əlavə edilmiş inzibati xəta haqqında iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs təkzib xarakterli izahatını özünü müdafiə və törətdiyi əmələ görə inzibati məsuliyyətdən yayınmaq məqsədi kimi qiymətləndirir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın şəxsiyyətini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 07 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar