Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-970/2024 02.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1975-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir Rayonu, Ərəb Qubalı ə/d, Ərəb Qubalı kəndində qeydiyyatda olmaqla yaşayan(FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə səhər saat 11:00 radələrində Kürdəmir rayon Xəstəxanasının həyətində X5 ilə aralarında mübahisə yaranmış və onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 11:00 radələrində Kürdəmir RPŞ-nin polis əməkdaşları Rayon xəstəxanasında olan zaman iki nəfər şəxsin aralarında mübahisə yarandığını görmüşlər. Mübahisə Cabir adlı şəxsin Aqil adlı şəxsə borcunun olması və Aqilin ondan borcunu istəməsinə görə yaranmışdır. Bu zaman Cabir xəstəxananın həyətində qışqıraraq Aqilin ünvanına nalayiq ifadələr işlətmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon xəstəxanasında olan zaman X5 ilə qarşılaşmışdır. Aqil Quliyev ondan borcunu istəmiş, o da borcunu qaytaracağını bildirmişdir. Bu zaman aralarında anlaşılmazlıq yaranmış, o da uca səslə danışmağa başlamışdır. Həmin vaxt xəstəxanada olan polis əməkdaşları onlara yaxınlaşmış və onları polis şöbəsinə dəvət etmişlər. Əməlindən səmimi peşmandır. Bir daha bu cür əməllərə yol verməyəcəyini bildirmişdir. Sonda Şəxs etdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül, cərimə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə xəstəxanaya qan analizi vermək üçün getmişdir. Şəxsla rayon xəstəxanasında qarşılaşmışlar. Şəxs ona 300 manat borcu olduğunu bildirmişdir. O, pulunu tələb etdikdə Şəxs səs-küy salmağa başlamışdır. Aralarında heç bir mübahisə olmamışdır. Sonra o, nalayiq söyüş söyməyə başladıqda həmin zaman polis əməkdaşları görmüş, Şəxs polis şöbəsinə aparmışlar. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Emil Nəsirov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Kürdəmir Rayon Xəstəxanasında iki nəfər şəxsin bir-biri ilə mübahisə edərək, söyüş söyən iki nəfəri görüb onlara yaxınlaşmış, onları nizam-intizama dəvət etsələr də, öz əməllərinə davam etdirdiklərindən hər iki şəxsi Kürdəmir Rayon Polis Şöbəsinə gətirmişlər. 02 oktyabr 2024-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon xəstəxanasında ucadan nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə rayon xəstəxanasında X4 qarşı ucadan nalayiq ifadələr işlətmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən İXM-in 510-cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-970/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-970/2024
02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver